Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nəzir Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:57, 1 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nəzir Əhmədov
Əhmədov Nəzir Laçın oğlu
Nəzir Əhmədov.JPG
Nəzir Əhmədov
bayraqAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinibayraq
1998 — 30 aprel 2001
bayraqŞəki şəhər İcra hakimiyyəti başçısıbayraq
11 avqust 1993-cü il — 1998
Sələfi Hüseyn Mustafabəyli
Xələfi Əşrəf Məmmədov
bayraqAzərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibibayraq
1974 — 1975
bayraqAzərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — 1974
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1925(1925-12-27)
Doğum yeri Kəhrizoba, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 mart 2005 (79 yaşında)
Vəfat yeri Fatmaye kənd qəbiristanlığı, Abşeron rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Laçın Əhmədov
Həyat yoldaşı Zlota Əhmədova
Uşağı Nərgiz Əhmədova
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1940–1942)

Leninqrad Dövlət Universiteti, siyasi-iqtisad fakültəsi, (1950–1955)
Elmi dərəcəsi iqtisadiyyat elmləri namizədi
Təltifləri "Qırmızı Əmək Bayrağı" ordeniLenin ordeni"Şərəf Nişanı" ordeni

Nəzir Əhmədov (1925–2005) — dövlət xadimi, iqtisadçı alim, yazıçı, 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyətə çağıran “91-lər”dən biri; Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından az sonra, əvvəl Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş (1993–1998), daha sonra isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçirilmişdir (1998–2001). Sovet dövründə də məsul vəzifələr tutmuş, müxtəlif illərdə Zaqatala (1963–1974) və Abşeron (1974 – 1975) rayon partiya komitələrinin birinci katibi olmuşdur. Həmçinin, Azərbaycan KP MK-nın üzvü (1966–1974), Azərbaycan SSR Ali Sovetinin deputatı (1967–1971) da olub. 3 elmi kitabın və 7 ədəbi kitabın müəllifidir.

Haqqında məlumatlar

27 dekabr 1925-ci il tarixdə Şəki qəzasının Kəhrizoba kəndində anadan olub.

Təhsili

1940-cı ildə Təpəcənnət kənd yeddiillik məktəbini bitirib.

1940-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub; lakin 1942-ci ildə təhsilini yarımçıq buraxaraq könüllü olaraq hərbi xidmətə gedib.

1944 – 1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində,

1950 – 1955-ci illərdə isə Leninqrad Dövlət Universitetinin siyasi-iqtisad fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1946 – 1950-ci illərdə müxtəlif sovet sərhəd qoşunları hissəsində qulluq edib.

1955 – 1956-ci illərdə Sov.İKP Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri,

1956 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetində və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim,

1957 – 1959-cu illərdə Azərbaycan KP Bakı Şəhər Partiya Komitəsində bölmə müdiri,

1959 – 1963-cü illərdə Azərbaycan KP MK-da əvvəl təbliğat-təşviqat şöbəsində, sonra isə təşkilat şöbəsində təlimatçı,

1963 – 1974-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi,

1974 – 1975-ci illərdə Azərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibi,

1975 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi və şöbə müdiri,

1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı,

1998 – 2001-ci illərdə isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. 30 aprel 2001-ci il tarixdə nazirliyin ləğv olunması ilə əlaqədar vəzifəsindən azad edilib.

İctimai-siyasi fəaliyyəti

1966 – 1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü,

1967 – 1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və təbiəti mühafizə daimi komissiyasının sədri olub.

1965 – 1970-ci illərdə SSRİ rəsmi nümayəndə heyəti tərkibində Çexoslovakiya, Kuba, ABŞ, Macarıstan və Rumıniyaya xarici səfərlərdə iştirak edib.

16 Oktyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən müraciəti imzalayan 91 nəfərdən biri olub.

Elmi fəaliyyəti

İqtisad elmləri namizədi olmaqla yanaşı, 3 elmi kitabın, 40 çap vərəqi həcmində elmi-nəzəri məqalələrin də müəllifidir.

Ədəbi yaradıcılığı

“Nəzir Eltəkin” ədəbi təxəllüsü ilə ədəbi fəaliyyətlə məşğul olub, şeir, poema və povestlər yazıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Kitabları

  1. Desələr xatırlayın, Bakı, Elm, 1995, 160 s., 1500 nüsxə;
  2. İzim qala, Bakı, “Ulduz” nəşriyyatı, 1995, 99 s. 500 nüsxə;
  3. Sarı Laçın, Bakı, Azərnəşr, 1996, 54 s. 2000 nüsxə;
  4. Ömür körpüsü, Bakı, Azərnəşr, 1998, 640 s. 1000 nüsxə;
  5. İsmipünhan sorağında Bakı, Şirvannəşr, 1998, 149 s. 1000 nüsxə;
  6. Qaçaq Abbas Bakı, Gənclik, 2001, 226 s. 500 nüsxə;
  7. Ömrün son baharı (şeirlər və poemalar) (2006).

Təltif və mükafatları

Vəfatı

5 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Abşeron rayonunun Fatmaye kənd qəbiristanlığında, həyat yoldaşı Zlota Əhmədovanın qəbrinin yanında dəfn edilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nəzir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 88-89. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Vaqif Aslan Seçilmiş əsərləri. — Bakı, 2010. — IV  cild. — Səhifələrin sayı:  91.
  3. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: “Nurlar”, 2011.