Oraban

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:O{{YM |ad = Oraban |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat) tərəfindən edilmiş 23:36, 25 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Yaşayış məntəqəsi
Oraban


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 1200 nəfər



Oraban (əvvəlki adı: Oravan; ləzg. Ураван) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Rəvayətə görə Oraban sözünün etimologiyası “ora” və “ban” sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, “ora” “xoruz banı” vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur.[1]

Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir.

Əvvəlki adı Oravan olmuş və 5 oktyabr 1999-cu ildən dəyişdirilərək Oraban adlandırılmışdır[2].

Coğrafiyası və iqlimi

Kəndin ərazisi əsasən yaşıllıqlarla örtülüdür. Meşələrində cüyür, ayı, dovşan, porsux, çaqqal, dələ və s. heyvanlara rast gəlinir. Kəndin qışı soyuq və rütubətli, yayı isə sərin keçir. Dəniz səviyyəsindən 800 metr yüksəklikdə olan kənd rayon mərkəzindən 30 km aralıda yerləşir. Oraban kəndi şərqdən Oğuz rayonunun Muxas kəndi, şimaldan Baş Kəldək kəndi, şimal-qərbdən Baş Küngüt kəndi, cənubdan Meşə massivi ilə əhatələnir. Yay turizmi üçün kəndin yaxşı potensialı var.

Əhalisi

187 ev təsərrüfatın olduğu kənddə 1200 nəfərə yaxın insan yaşayır.

İqtisadiyyatı

Kənd Baş Kəldək İcra nümayəndəliyi və bələdiyyəsinə tabe olub iqtisadi cəhətdən zəif inkişaf edib. Bunun da əsas səbəbi işsizlik problemidir, Əhalinin əsas dolanışığı əkinçilik, maldarlıq, odunçuluq və s. sahələrdən çıxır. Kənddə mavi yanacağın və müasir asvalt örtüyünün çəkilməməsi də əsas problemlərdən sayılır. Su problemi də kəndin ən böyük problemlərindən sayılır.

Kənddə Bir məktəb, üç çayxana və iki mağaza fəaliyyət göstərir.

İstinadlar

  1. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (azərb.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 5 oktyabr 1999-cu il tarixli, 708-IQ nömrəli Qanunu  (azərb.)