Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Osman Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 09:04, 10 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Osman Məmmədov
Məmmədov Osman Abdukərim oğlu
Osman Məmmədov
Osman Məmmədov
Doğum tarixi 23 aprel 1970 (1970-04-23) (54 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki rayonu, Baş Şabalıd
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990 – 1995)

Osman Məmmədov (Osman Abdukərim oğlu Məmmədov; d.  23 aprel 1970, Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — “Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisi, “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru (2005-ci ildən). VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olub.

Haqqında məlumatlar

1970-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

1987-ci ildə Baş Göynükdəki 1 saylı orta məktəbi bitirib.

1988 – 1990-cı illərdə sovet ordusunda hərbi xidmət edib.

1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.

1996-cı ildən mətbuat sahəsində müxtəlif vəzifələrdə işləyib.

2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstitutunun normativ sənədlər şöbəsində, sonralar isə “Spektr” ictimai-siyasi jurnalında çalışıb.

2005-ci ildən “Korrupsiya və Cəmiyyət” adlı ictimai-siyasi jurnalın baş redaktorudur.

“Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisidir.

2018 – 2020-ci illər arasında Azərbaycandan Osmanlı Türkiyəsinə XIX əsrdə mühacirət etmiş soydaşlarımızın həyatının araşdırılması ilə məşğul olmuş və bir-birindən ayrı düşmüş qohumların arasında əlaqə yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

Ailəlidir, iki övladı vardır.

İstifadə edilmiş mənbə