Pənah Məmmədov (2000–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Pənah Məmmədov
Məmmədov Pənah İslam oğlu
Pənah Məmmədov
Pənah Məmmədov.
Doğum tarixi 26 avqust 2000(2000-08-26)
Doğum yeri Orta Zəyzid, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 8 noyabr 2020 (20 yaşında)
Vəfat yeri Şuşa, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası İslam Məmmədov
Anası Könül Məmmədova
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

Haqqında məlumatlar

26 avqust 2000-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.

Təhsili

2006 – 2017-ci illərdə Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində təhsil alıb.

2017-ci ildə turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisası üzrə Şəki Dövlət Regional Kollecininə qəbul olunub.

Hərbi xidmətdə

2018-ci ildə Azərbaycan Respublikasının silahlı qüvvələrində əsgəri xidmətə gedib və 2020-ci ilin aprel ayında tərxis edilib.

29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən İkinci Qarabağ müharibəsi başlaması ilə əlaqədar olaraq cəbhəyə göndərilib və Füzuli rayonunun və Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə vuruşub.

Şəhid olması

8 noyabr 2020-ci il tarixdə – 20 yaşında, Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

17 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndinin kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : PƏNAH İslam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.

Videolar