Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Pərvin Muradova-Dilbazi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '{{Musiqiçi | Adı = Pərvin Muradova-Dilbazi | Orijinal adı = | Fəxri ad = | Şəkil = Pərvin Muradova-Dilbazi.jpg |...' ilə yarat) tərəfindən edilmiş 16:33, 2 aprel 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi
Şəxsi məlumatlar
Doğum yeri Bakı
Vətəndaşlığı ABŞ
Peşəsi Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru

Musiqi aləti fortepiano

Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru[1]

Həyatı

Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var.

Fəaliyyəti

1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb. 1994-1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb. 1995-ci ildə "Muradov Piano Studio" sunu açıb. 1996-1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib. Müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçib. Bu ona ABŞ-ın hər yerində müəllim işləmək hüququ verir. Sonra bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb. Hazırda həmin kafedranın professorudur. Bundan başqa o, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin mədəniyyət işləri üzrə direktorudur. [2]

Xeyriyyəçilik fəaliyyəti

İndiyədək ABŞ-ın bir sıra ştatlarında, o cümlədən İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib. 2017-ci ildən isə "Musiqi, Təhsil və Autizm Fondu"nu yaradıb. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinə imza da atıb. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert də verib. Deyir ki, uşaqlarla işləməkdən məmnundur: “Onların uğurları məni çox sevindirir. İstəyirəm ki, tədbirlərimizə Azərbaycanda autizmdən əziyyət çəkən istedadlı uşaqları da cəlb edim. Amma nədənsə hələ buna nail olmamışam"… Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunan məşhur "Kim kimdir?" kitabına da salınıb.

İstinadlar