Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Pərvin Muradova-Dilbazi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:54, 2 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi
Şəxsi məlumatlar
Doğum yeri Bakı
Vətəndaşlığı ABŞ
Peşəsi Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru

Musiqi aləti fortepiano

Pərvin Muradova-Dilbazi- azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktorunin professoru[1][2].

Haqqında məlumatları

Bakı şəhərində anadan olub.

1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb.

1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.

Fəaliyyəti

ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, bəstəkar Cahangir Zülfüqarov (Oqtay Zülfüqarovun oğlu, əməkdar ingəsənət xadimi), və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018

.

1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortopianodan dərs deyib.

1981 – 1990-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.

1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.

1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.

1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.

1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçdiyindən ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə etmişdir).

2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb.

2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir[3].

Xeyriyyəçilik fəaliyyəti

ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.

2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.

Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.

Ailəsi

  • Atası – “Cövdət Hacıyev”, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
  • Anası - Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasəsə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti

Evlidir, 2 övladı var.

İstinadlar