Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Pərvin Muradova-Dilbazi

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 02:46, 6 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Pərvin Muradova-Dilbazi
Muradova-Dilbazi Pərvin Cövdət qızı
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi.
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1954 (1954-10-06) (69 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of the United States.svg ABŞ
Peşəsi Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru
Atası Cövdət Hacıyev

Musiqi aləti fortepiano
facebook səhifəsi

Pərvin Muradova-Dilbazi — tanınmış pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi[1][2].

Haqqında məlumatlar

ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Cahangir Zülfüqarov (bəstəkar – Oqtay Zülfüqarovun oğlu, əməkdar incəsənət xadimi) və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018.

6 oktyabr 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb.

1972 – 1977-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.

1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.

Müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçib və ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə edib.

Əmək fəaliyyəti

1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortopianodan dərs deyib.

1981 – 1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.

1995-ci ildə ABŞ-da “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.

1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib.

2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.

Digər

1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüb. Elə o vaxtdan da orada fərdi musiqi dərsləri keçməyə başlayıb.

ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.

2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.

Xeyriyyə işlərinə görə adı 1999 – 2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.

2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib, o cümlədən, ata yurdu Şəkini də ziyarət edib.

Ailəsi

  • Atası: Cövdət Hacıyev (1917–2002), görkəmli bəstəkar, Azərbaycan SSR xalq artisti. 1957–1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.
  • Anası: Əminə Dilbazi (1919–2010), məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.

Evlidir, 2 övladı var.

Ədəbiyyat

Məmmədov A. Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yudunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü : [arx. 30 Aug 2018 - 4 Mar 2021] // "İpəkçi" qəzetinin saytı. — 2018. — 11 iyul. — Müraciət tarixi: 05.10.2021.

İstinadlar