Pərvin Muradova-Dilbazi

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Pərvin Muradova-Dilbazi
Muradova-Dilbazi Pərvin Cövdət qızı
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi.
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1954 (1954-10-06) (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ ABŞ
Peşəsi pianoçu
Atası Cövdət Hacıyev
Anası Əminə Dilbazi

Musiqi aləti piano
Təhsili

 • Bülbül adına orta ixtisas musiqi məktəbi (–1972)

 • Bakı Xoreoqrafiya Məktəbi

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano ifaçısı və müəllimi ixtisası (1972–1977)
facebook səhifəsi

Pərvin Muradova-Dilbazi — tanınmış pianoçu, ABŞ azərbaycanlı icmasının görkəmli nümayəndəsi, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano professoru, Florida ştatının Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Cahangir Zülfüqarov (bəstəkar – Oqtay Zülfüqarovun oğlu, əməkdar incəsənət xadimi) və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018.

6 oktyabr 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1972-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb.

1972 – 1977-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.

1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.

Müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçib və ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə edib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortepianodan dərs deyib.

1981 – 1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.

1995-ci ildə ABŞ-da “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.

1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib.

2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.

Digər[Vizual redaktə | HTML redaktə]

1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüb. Elə o vaxtdan da orada fərdi musiqi dərsləri keçməyə başlayıb.

ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.

2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.

Xeyriyyə işlərinə görə adı 1999 – 2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.

2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib, o cümlədən, ata yurdu Şəkini də ziyarət edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

  • Atası: Cövdət Hacıyev (1917–2002), görkəmli bəstəkar, Azərbaycan SSR xalq artisti. 1957–1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.
  • Anası: Əminə Dilbazi (1919–2010), məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.

Evlidir, 2 övladı var.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub : [arx. 11.07.2017] // AZƏRTAC. — 2017. — 11 iyul. — Müraciət tarixi: 05.10.2021.
  2. Məmmədov A. Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yudunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü : [arx. 30 Aug 2018 - 4 Mar 2021] // "İpəkçi" qəzetinin saytı. — 2018. — 11 iyul. — Müraciət tarixi: 05.10.2021.
  3. Eldaroğlu E. Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi : [arx. 3 Apr 2019 - 2 Oct 2019] // Modern.az. — 2019. — 2 aprel. — Müraciət tarixi: 05.10.2021.