Pərviz İsmayılovSabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru. Bir müddət Şuşa Dövlət Musiqili Dram Teatrında da fəaliyyət göstərmişdir.

Pərviz İsmayılov
İsmayılov Pərviz Ramiz oğlu
Pərviz İsmayılov
Pərviz İsmayılov.
Doğum tarixi 3 avqust 1978 (1978-08-03) (45 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi teatr aktyoru
Fəaliyyət illəri 1997-ci ildən
Teatr Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı
facebook səhifəsi

Haqqında məlumatlar

3 avqust 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1985 – 1993-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbində,

1993 – 1995-ci illərdə Şəki 13 saylı texniki-peşə məktəbində təhsil alıb.

1993 – 1995-ci illərdə Şəki Dövlət Dram Teatrı nəzdindəki aktyorluq kursunu keçib.

Əmək fəaliyyəti

1997 – 2002-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının,

2002 — 2004-cü illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

2005-ci ildən yenidən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına qayıdıb.

Ədəbiyyat

  1. Rəhimli İ. Pərviz İsmayılov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 314-315. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.