Pərviz Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 07:01, 10 avqust 2020 tarixli redaktə
Pərviz Abbasov
Abbasov Pərviz Akif oğlu
Pərviz Abbasov
Pərviz Abbasov
Doğum tarixi 20 mart 1981 (1981-03-20) (43 yaş)
Doğum yeri SSRİ
Azərbaycan SSR, Şəki
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi tibb üzrə elmlər doktoru
Təhsili Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi, bakalavr (1997 – 2003), Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər Kafedrası, aspirant (2005 – 2008)

Pərviz Abbasov (Abbasov Pərviz Akif oğlu; d.  20 mart 1981, Şəki, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı həkim, tibb üzrə elmlər doktoru, 28 mart 2020-ci il tarixdə Bakıda fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinin direktoru.

Haqqında məlumatlar

1981-ci ildə Şəkidə anadan olub.

Təhsili

1997 – 2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində bakalavr, 2005 – 2008-ci illərdə isə Cərrahi Xəstəliklər Kafedrasında aspirant təhsili alıb.

İş təcrübəsi və elmi-tibbi fəaliyyəti

2012 – 2013-cü illərdə İnönü Universiteti (Türkiyə) Cərrahiyə kafedrasının Bariatrik və Metabolik cərrahiyə bölməsində işləyib.

2008-ci ildə Kazan Dövlət Universiteti (Rusiya) Ümumi Cərrahiyyə kafedrasında laparoskopik cərrahiyyə kursu keçib.

2008-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2009-cu ildə FLubek Univerisitet Klinikasında (Almaniya) onkologiya və cərrahiyyə kursu keçib.

2011-ci ildə İstanbul Universiteti (Türkiyə) robort cərrahiyyəsi kursu keçib.

2012-ci ildə T.C.D., İzmir (Türkiyə ), laparoskopik yoğun bağırsaq cərrahiyyəsi kursunda iştirak edib.

2012 – 2013-cü illərdə İnönü Universitetinin Cərrahiyə kafedrası Orqan Transplantasiyası İnstitutunda cərrah kimi çalışıb və elmi tədqiqatla məşğul olub.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olub.

2016-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi vəzifəsində işləyib.

2020-ci ildə isə Bakıda yeni fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinə direktor təyin olunub.

Azərbaycanda Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatı– Gastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra edən həkimlərdən biridir. 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır. 47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

Mükafatları

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə elmi fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə