Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Pyotr Babayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 70: Sətir 70:
  
 
=== Səhhəti ===
 
=== Səhhəti ===
Baltik donanmasında xidmət edərkən dəfələrlə həbs edilərək cəza kamerasında salındığına görə vərəm xəstəliyinə tutulub.
 
  
 
===Vəfatı===
 
===Vəfatı===

03:00, 25 aprel 2021 versiyası

Pyotr Babayev
Babayev Pyotr Akimoviç rus.: Пётр Акимович Бабаев
Pyotr Babayev
Pyotr Babayev
Doğum tarixi 6 oktyabr 1883(1883-10-06) (29 may)
Doğum yeri Kasimov, Ryazan quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 25 aprel 1920 (36 yaşında)
Vəfat yeri Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR
Vəfat səbəbi vərəm
Uşağı Valentina Petrovna Bagina
Atası Həkim Babayev
Anası Lyubov Qriqoriyeva
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR
Mükafatları RUS Imperial Order of Saint George ribbon.svg

Pyotr Akimoviç Babayev — azərbaycan əsilli rus inqilabçısı. XX əsrin əvvəllərindən üç rus inqilabında fəal iştirak etmişdir. 1918-ci ildən Moskva Sokolniki rayon RK(b)P-nın katibi, rayon sovetinin sədri. Onun adı bir sıra müəssisələr parklar və kücələrin adında əbədiləşdirilmişdir. 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilmışdır. Hazırda ОАО – "Babayev qənnadı konserni" ASC adlanır. Şəki şəhərində Pyotr Babayevin adıyla mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Burada onun büstü qoyulmuşdur.

Haqında məlumatlar

10 iyun (29 may) tarixdə Ryazan quberniyasının Kasimov şəhərində (Rusiya İmperiyası) anadan olub.

Təhsili

1891 – 1896-cı illərdə Kasimovda dördillik ibtidai təhsil alıb.

1896 – 1901-ci illərdə kiçik bir mexaniki zavodda şagird olub.

Əmək fəaliyyəti

1901-ci ildə ixtisasına uyğun iş axtarmaq üçün əvvəl Volqaboyunu, sonra isə Şimali Qafqaza gəzib, müxtəlif yerlərdə əsasən ixtisassız fəhlə kimi qara işlərdə çalışıb. Bir müddət isə bir paraxodun əvvəl qazanxanasında ocaqçı, sonra isə həmin paraxodun maşinist köməkçisi olub.

1912-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra həyat yoldaşı ilə birlikdə Moskvaya gəlib və 1914-cü ilədək – yenidən hərbi xidmətə çağırılanadək, Sokolnik tramvay təmiri parkında çilingər işləyib.

1916-cı ilin əvvəllərində həm səhhətinə görə və həm də yüksək ixtisaslı mütəxəssis olduğuna görə cəbhədən geri çağırılıb və Petroqrad hərbi zavoduna işləməyə göndərilib.


Hərbi xidmətdə

1904-cü ildə hərbi xidmətə çağırılıb. Baltik donanmasında xidmət etməyə başlayıb. Daha sonra səhhəti ilə əlaqədar donanmadan çıxarılaraq piyada qoşunlarında xidmət etməyə göndərilib. Rus-yapon müharibəsində (1904–1905) iştirak edib. Daha sonra iki il Yekaterinoslavdakı ehtiyatda olan Perekop alayının emalatxanasında yaxşı bir çilingər kimi xidmət edib. 1912-ci ildə hərbi xidmətdən tərxis olunub.

1914-cü ildə yenidən hərbi xidmətə çağırılıb. Almaniya cəbhəsində vuruşub, Georgiyev xaçı ilə təltif olunub.

Siyasi aktivliyi

1905-ci ildə – Baltik donanmasında hərbi xidmətdə olarkən, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olub. Bundan sonra matroslar arasında aktiv siyasi təbliğatla məşğul olmağa başlayıb. Dəfələrlə həbs edilərək cəza kamerasında salınıb.

1917-ci il Fevral inqilabında aktiv fəaliyyət göstərib. 10 iyun 1917-ci il tarixdə Patron zavodunun əmək kollektivinin əksəriyyətinin səsi ilə (2848 nəfərdən 2357) Patron zavodunun Zavod komitəsinə üzv seçilib. Bir neçə gündən sonra isə Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.

В феврале 1918 года комиссар по военным делам РСФСР Н. И. Подвойский направил его на фронт с целью организации отпора перешедшим в наступление немцам. Однако ввиду обострившегося туберкулёза возвращён на Патронный завод, где возглавляет эвакуацию наиболее ценного оборудования из Петрограда в Москву, где возвратился в Сокольнические мастерские. Избран членом и секретарём партийного комитета Сокольнического района, а затем депутатом Сокольнического Совдепа.

В августе-сентябре 1918 года - член Тамбовского губисполкома и губернского комитета РКП(б), затем возглавил Тамбовский горком партии.

После возвращения в Москву — секретарь Сокольнического райкома партии, затем член Московского Комитета партии и членом исполкома Московского Совета.

17 июля 1919 года избран председателем Сокольнического Совета. Занимал этот пост до смерти. Умер от туберкулёза 25 апреля 1920 года.


Səhhəti

Vəfatı

25 aprel 1920-ci il tarixdə – 36 yaşına, Moskvada vəfat edib.

Ailəsi

Atası 1878-ci il Nuxa (indiki Şəki) fəhlə tətillərinin təşkilatçısı kimi Nuxadan Kasimova sürgün olunmuş Həkim Babayev, anası isə Kasimov sakinini olan Lyubov Qriqoriyeva adlı bir rus qadın idi. 1907-ci ildə hərbi xidməti başa çatdıqdan sonra Natalya Petrovna Kuznetsova adlı rus qadınla ailə qurub.

Xatirəsi

1984-cü ildə Azərbaycan KP MK Pyotr Babayevin anadan olmasının 100 illik yubileyini keçirmək barədə qərar qəbul etmişdir. Bu münasibətlə V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin 3 №-li filialına və Şəki rayonundakı üzümçülük sovxozuna Pyotr Babayevin adı verilmiş, Şəkidə onun adını daşıyan park salınmış və həmin parkda onun büstü qoyulmuşdur. Pyotr Babayevin Şəkidə keçirilmiş 100 illik yubiley tədbirində onun Moskvada yaşayan qızı Valentina Petrovna Bagina iştirak etmişdir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Babayev Pyotr // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 59 – 60. — 1.000 nüsx.;
  2. Salam A. (2014). "Pyotr Babayev kim və haralı olub?". http://www.anl.az/ (azərb.). 525-ci qəzet. 24 Apr 2021 tarixində arxivləşdirilib..