Qüdrət Əbdülsəlimzadə: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 68: Sətir 68:


==Ədəbiyyat==
==Ədəbiyyat==
# {{ŞAZ|1|106 108}}
# {{ŞAZ|1|106-108}}
# {{AME|8| |ƏBDÜLSƏLİMZADƏ Qüdrәt Yaqub}}
# {{AME|8| |ƏBDÜLSƏLİMZADƏ Qüdrәt Yaqub}}



20:01, 1 sentyabr 2021 versiyası

Qüdrət Əbdülsəlimzadə
Əbdülsəlimzadə Qüdrət Yaqub oğlu
Qüdrət Əbdülsəlimzadə
Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.
Doğum tarixi 27 avqust 1933(1933-08-27)
Doğum yeri Nuxa (inidiki Şəki), ZSFSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 2016 (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1952–1957)

Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura (1957–1960)

Qüdrət Əbdülsəlimzadə (1933–2016) — iqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.

Haqqında məlumatlar

27 avqust 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941 – 1952-ci illərdə Nuxada orta məktəbdə oxuyub.

1952 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb; universiteti fərqlənmə diplomu ilə bitirib.

1957 – 1960-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspirantı olub.

Elmi fəaliyyəti

1961-ci ildə namizədlik,

1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra professor elmi adını alıb.

Tədqiqatları iqtisadi nəzəriyyə, beynəlxalq iqtisadi münasibətlər və keçid dövrü iqtisadiyyatına həsr olunmuşdur. 150-dәn çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olub.

Əmək fəaliyyəti

1961-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda işə götürülüb və 1992-ci ilə qədər bu elmi-tədqiqat institutunda işləyib (əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi, daha sonra isə şöbə müdiri).

1992 – 1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri,

Müxtəlif illərdə Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru olub.

1997-ci ildən isə Qərb Universitetinin prorektoru vəzifəsində calışıb.

İctimai aktivliyi

20 yanvar 1990-cı il hadisələrində İctimai Dəfn Komissiyasının sədri olub.

Vəfatı

13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs zamanı auditoriyada – 83 yaşında vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əbdülsəlimzadə Qüdrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 106-108. — 1.000 nüsx.
  2. ƏBDÜLSƏLİMZADƏ Qüdrәt Yaqub // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — ISBN 978-9952-441-13-0.