Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qüdrət Əbdülsəlimzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qüdrət Əbdülsəlimzadə
Əbdülsəlimzadə Qüdrət Yaqub oğlu
Qüdrət Əbdülsəlimzadə
Qüdrət Əbdülsəlimzadə, 2015-ci il.
Doğum tarixi 27 avqust 1933(1933-08-27)
Doğum yeri Nuxa (inidiki Şəki), Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 oktyabr 2016 (83 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1952–1957)

Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura (1957–1960)

Qüdrət Əbdülsəlimzadə (1933–2016) — iqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru. 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının, 1992 – 1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri olmuşdur.

Haqqında məlumatlar

27 avqust 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941 – 1952-ci illərdə Nuxada orta məktəbdə oxuyub.

1952 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb; universiteti fərqlənmə diplomu ilə bitirib.

1957 – 1960-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspirantı olub.

Elmi fəaliyyəti

1961-ci ildə namizədlik,

1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra professor elmi adını alıb.

Tədqiqatları iqtisadi nəzəriyyə, beynəlxalq iqtisadi münasibətlər və keçid dövrü iqtisadiyyatına həsr olunmuşdur. 150-dәn çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olub.

Əmək fəaliyyəti

1961-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda işə götürülüb və 1992-ci ilə qədər bu elmi-tədqiqat institutunda işləyib (əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi, daha sonra isə şöbə müdiri).

1992 – 1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri,

Müxtəlif illərdə Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru olub.

1997-ci ildən isə Qərb Universitetinin prorektoru vəzifəsində calışıb.

İctimai aktivliyi

20 yanvar 1990-cı il hadisələrində İctimai Dəfn Komissiyasının sədri olub.

Vəfatı

13 oktyabr 2016-cı il tarixdə Bakı Biznes Universitetində dərs dediyi vaxt – 83 yaşında, auditoriyada vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əbdülsəlimzadə Qüdrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 106-108. — 1.000 nüsx.
  2. ƏBDÜLSƏLİMZADƏ Qüdrәt Yaqub // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 177. — ISBN 978-9952-441-13-0.