Qüdrət Bəkirov

Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:42, 11 sentyabr 2021 tarixli redaktə

Qüdrət Bəkirov — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri.

Qüdrət Bəkirov
Bəkirov Qüdrət Məmməd oğlu
Qüdrət Bəkirov
Qüdrət Bəkirov.
Doğum tarixi 11 iyun 1961 (1961-06-11) (62 yaş)
Doğum yeri Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi biologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, tut ipəkqurdunun seleksiyası şöbəsi (müdir)
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, kimya–biologiya fakültəsi, qiyabi şöbə (1983–1988)
facebook səhifəsi

Haqqında məlumatlar

11 iyun 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1968 – 1978-ci illərdə Oxud kənd orta məktəbində,

1983 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.

Hərbi xidmət

1979 – 1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmət edib.

Elmi fəaliyyəti

1994-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzin ipəkçilik laboratoriyasında “Yerli və introduksiya olunmuş cinslər arasında hibridlərdə heterozis qüvvəsinin öyrənilməsi” mövzusunda elmi tədqiqat işi aparıb,

2013-cü ildə həmin mövzu üzrə dissertasiya işini müdafiə edib.

2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini,

2018-ci ildə dosent elmi adını alıb.

48 elmi məqalələrin müəllifi, 12 Müəlliflik şəhadətnaməsinin, 12 patentin həmmuəllifidr.

2018-ci ildə AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasında “Azərbaycan şəraitində intraduksiya olunmuş cinslərin heterozis qüvvəsinin öyrənilməsi” doktorluq işinin mövzusu təsdiq olunub.

Əmək fəaliyyəti

1985-ci ildən Şəki Zona Elmi bazasında laborant vəzifəsində işləməyə başlayıb.

1993-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin “İpəkçilik” laboratoriyasının rəhbəri olub.

2012-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiridir.

Təltif və mükafatları

  • AMEA-nın fəxri fərmanı – AMEA Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə (2012).

Ailəsi

Evlidir, üç övladı var.

Ədəbiyyat

  1. Şəki REM-in fəlsəfə doktorları : Bəkirov Qüdürət Məmməd oğlu : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
  2. Tut ipəkqurdunun seleksiyası şöbəsi : [arx. 27 Jul 2017 - 10 Sep 2018] // Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 11.09.2021.