Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Qüdrət Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 34: Sətir 34:
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
12 dekabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.  
+
12 dekabr 1936-cı il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.  
  
 
===Təhsili===
 
===Təhsili===

23:29, 10 dekabr 2021 versiyası

Qüdrət Məmmədov
Məmmədov Qüdrət Hacıbəy oğlu
Qüdrət Məmmədov
Qüdrət Məmmədov.
Doğum tarixi 12 dekabr 1936(1936-12-12)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 fevral 2021 (84 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (1952–1957)

 • Xarkov Dövlət Rəssamlıq İnstitutu (1957–1964)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Qüdrət Məmmədov (1936–2021) — Azərbaycan Respublikasının əməkdar rəssamı; uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

12 dekabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada yeddinci sinfi bitirib.

1952 – 1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1957 – 1964-cü illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1964 – 1973-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda əvvəl assistent, sonra isə müəllim işləyib.

1965 – 1970-ci illərdə həm də Kirovabad (indiki Gəncə) şəhərinin baş rəssamı olub.

1973 – 1975-ci illərdə Şəki şəhər Füzuli adına mədəniyyət və istirahət parkının,

1975-ci ildən təqaüdə çıxanadək isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.

Yaradıcı fəaliyyəti

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işlədiyi uzun illər ərzində 140-dan artıq tamaşaya səhnə tərtibatı verib.

Təltif və mükafatları

Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2002).

Vəfatı

20 fevral 2021-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Rəhimli İ. Qüdrət Məmmədov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 372-374. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
  2. "HAQQIMIZDA/Üzvlər/M/Məmmədov Qüdrət Hacıbəy oğlu". http://teatrittifaqi.az/ (azərb.). Azərbaycan Teatr Xadimləri İttifaqı. 2 Nov 2013 – 3 Aug 2020 tarixində arxivləşdirilib.
  3. https://www.facebook.com/shekiteatr/ (azərb.). Şəki Dövlət Dram Teatrının facebook səhifəsi. 21 Feb 2021 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)