Qüdrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:00, 21 fevral 2021 tarixli redaktə
Qüdrət Məmmədov
Məmmədov Qüdrət Hacıbəy oğlu
Qüdrət Məmmədov
Qüdrət Məmmədov.
Doğum tarixi 12 dekabr 1936(1936-12-12)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 fevral 2021 (84 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Qüdrət MəmmədovAzərbaycan Respublikasının əməkdar rəssamı. Uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.

Haqqında məlumatlar

12 dekabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada yeddinci sinfi bitirib.

1952 – 1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1957 – 1964-cü illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1964 – 1973-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda əvvəl assistent, sonra isə müəllim işləyib.

1965 – 1970-ci illərdə həm də Gəncə şəhərinin baş rəssamı olub.

1973 – 1975-ci illərdə Şəkidəki Füzuli adına mədəniyyət və istirahət parkının,

1975-ci ildən təqaüdə çıxanadək isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.

Yaradıcı fəaliyyəti

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işlədiyi uzun illər ərzində 140-dan artıq tamaşaya səhnə tərtibatı verib.

Təltif və mükafatları

Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2002).

Vəfatı

20 fevral 2021-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  • https://www.facebook.com/shekiteatr/ (azərb.). Şəki Dövlət Dram Teatrının facebook səhifəsi. 21 Feb 2021 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)

Şablon:Yaxşı məqalə