Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qədir Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:19, 6 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qədir Əhmədov
Əhmədov Qədir Ramazan oğlu
Qədir Əhmədov
Əhməd Qədirov.
Doğum tarixi 7 noyabr 1906(1906-11-07)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 7 avqust 1968 (61 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Ali Pedaqoji Məktəb (–1931)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Qırmızı Ulduz" ordeni — 1945“Budapeştin alınmasına görə” medalı — 1945Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni

Qədir Əhmədov (1906–1968) — sovet dövründə Nuxada (indiki Şəki) yaşamış və fəaliyyət göstərmiş tanınmış partiya, sovet və təhsil işçisi. Müxtəlif illərdə Nuxa şəhər və rayon sovetlərinin icraiyyə komitələrinin sədri, Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi, Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru, Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

7 noyabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1931-ci ildə Ali Pedaqoji Məktəbi bitirib.

Əmək fəaliyyəti

1917-ci ildən Nuxadakı ipək fabriklərindən birində baramadöyən kimi əmək fəaliyyətinə başlayıb.

1933-cü ildən Nuxa Pedaqoji Məktəbində müəllim işləyib. Sonralar Nuxa Toxuculuq Texnikumunun direktoru, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, Nuxa Fəhlə Tibb Fakültəsinin dərs hissə müdiri olub.

1937 – 1941-ci illərdə əvvəl Nuxa Şəhər Siyasi Maarif Evinin müdiri, sonra Nuxa Şəhər Soveti İcraiyyə Komitəsinin sədri, daha sonra Nuxa Rayon İcraiyyə Komitəsinin sədri, Nuxa Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan KP Nuxa şəhər Komitəsində kadrlar şöbəsinin müdiri vəzifəsini tutub. Sonra isə Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi seçilib və 1951-ci ilə qədər bu vəzifədə qalıb.

1951-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru olub. Sonra isə Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.

Hərbi xidmətdə

5 dekabr 1941-ci il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından orduya qəbul edilib. Böyük Vətən müharibəsi iştirakçısıdır, müharibə dövründə iki orden, 3 medalla təltif olunub. 25 oktyabr 1946-cı il tarixdə kapitan rütbəsi ilə ordudan tərxis edilib.

İctimai-siyasi aktivliyi

Bir dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

7 avqust 1968-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Ахмедов Кадыр Ромазан-оглы : [arx. 09.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.09.2021.
  2. Məmmədov Ə., Xalıqov F. Əhmədov Qədir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 186-187. — 1.000 nüsx.
  3. Bəşirov R., Hacıyev N. Əhmədov Qədir Ramazan oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 68-69.
  4. Qədir Əhmədov // Məzunlar / Akif Əli. — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 121-122. — ISBN 978-9952-8176-4-5.

Həmçinin, bax: