"Qərib Calalov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 79: | Sətir 79: | ||
# {{ŞAZ|1|80-83}} | # {{ŞAZ|1|80-83}} | ||
# {{AME|5|172}} | # {{AME|5|172}} | ||
− | # {{Sayta istinad|url= https://science.gov.az/az/news/open/6940|author = |authorlink= |title= Yubileylər|subtitle='''AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyi qeyd olunub''' |deadlink= |archiveurl=https://web.archive.org/web/20210912163427/https://science.gov.az/az/news/open/6940 |archivedate=12 Sep 2021 |lang= az|showlang=|responsible= |website=Azərbaycan Milli Elmlər Akademiyası |websiteurl=https://science.gov.az |type= |date= |accessdate= 12.09.2021|quote= |quoteup= |description= |ref= }} | + | # {{Sayta istinad|url= https://science.gov.az/az/news/open/6940|author = |authorlink= |title= Yubileylər|subtitle='''AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyi qeyd olunub''' |deadlink= |archiveurl=https://web.archive.org/web/20210912163427/https://science.gov.az/az/news/open/6940 |archivedate=12 Sep 2021 |lang= az|showlang=|responsible= |website=Azərbaycan Milli Elmlər Akademiyası |websiteurl=https://science.gov.az |type= |date= 05.12.2017 |accessdate= 12.09.2021|quote= |quoteup= |description= |ref= }} |
# {{Sayta istinad|url=https://web.archive.org/web/20210912131259/https://science.gov.az/az/forms/chlenyikorrespondentyi/37 |author = |authorlink= |title=Müxbir üzvlər|subtitle='''Calalov Qərib İsaq oğlu''' |deadlink= |archiveurl=https://web.archive.org/web/20210912131259/https://science.gov.az/az/forms/chlenyikorrespondentyi/37 |archivedate=12 Sep 2021 |lang=az |showlang=|responsible= |website=Azərbaycan Milli Elmlər Akademiyası|websiteurl= https://science.gov.az/|type= |date= |accessdate= 12.09.2021|quote= |quoteup= |description= |ref= }} | # {{Sayta istinad|url=https://web.archive.org/web/20210912131259/https://science.gov.az/az/forms/chlenyikorrespondentyi/37 |author = |authorlink= |title=Müxbir üzvlər|subtitle='''Calalov Qərib İsaq oğlu''' |deadlink= |archiveurl=https://web.archive.org/web/20210912131259/https://science.gov.az/az/forms/chlenyikorrespondentyi/37 |archivedate=12 Sep 2021 |lang=az |showlang=|responsible= |website=Azərbaycan Milli Elmlər Akademiyası|websiteurl= https://science.gov.az/|type= |date= |accessdate= 12.09.2021|quote= |quoteup= |description= |ref= }} | ||
20:55, 12 sentyabr 2021 versiyası
Qərib Calalov | |
---|---|
Calalov Qərib İsaq oğlu | |
Qərib Calalov 80 illik yubileyində, Neft və Qaz İnstitutu, 5 dekabr 2017-ci il. | |
Doğum tarixi | 28 noyabr 1937 |
Doğum yeri | Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Neft və Qaz İnstitutu, quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsi (şöbənin rəhbəri) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (–1960) • Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1964–) |
Üzvlüyü | AMEA, müxbir üzv |
Mükafatları |
Qərib Calalov — yeraltı hidroqaz dinamikası və neft-qaz yataqlarının işlənməsi sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Neft və Qaz İnstitutunun quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin rəhbəri.
Haqqında məlumatlar
28 noyabr 1937-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili
1955-ci ildə Baş Göynük kənd orta məktəbini,
1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
1964-cü ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti
1960-cı ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunub; daha sonra bu institutda kiçik elmi işçi, mühəndis, böyük mühəndis, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və laboratoriya müdiri,
2003-cü ildən quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin rəhbəri vəzifəsini tutub.
Pedaqoji fəaliyyəti
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllimidir.
Elmi fəaliyyəti
1967-ci ildə “Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri” mövzusunda namizədlik dissertasiyasını,
1991-ci ildə “Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
42-si xaricdə və 20-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc olunmaqla çap olunmuş 250 elmi əsərin müəllifidir.
12 elmlər namizədinin, 1 elmlər doktorunun elmi rəhbəri olub.
Digər
5 dekabr 2017-ci il tarixdə Neft və Qaz İnstitutunda özünün iştirakı ilə 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Təltif və mükafatları
- Qubkin adına mükafat (1985);
- “Şöhrət” ordeni (2005).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Calalov Qərib // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 80-83. — 1.000 nüsx.
- Qərib Calalov // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 172. — ISBN 978-9952-441-10-9.
- Yubileylər : AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyi qeyd olunub : [arx. 12.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2017. — 5 dekabr. — Müraciət tarixi: 12.09.2021.
- Müxbir üzvlər : Calalov Qərib İsaq oğlu : [arx. 12.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 12.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- 28 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1937-ci ildə doğulanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə