Qərib Calalov

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 20:55, 12 sentyabr 2021 tarixli dəyişiklik

Qərib Calalov — yeraltı hidroqaz dinamikası və neft-qaz yataqlarının işlənməsi sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Neft və Qaz İnstitutunun quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin rəhbəri.

Qərib Calalov
Calalov Qərib İsaq oğlu
Qərib Calalov
Qərib Calalov 80 illik yubileyində, Neft və Qaz İnstitutu, 5 dekabr 2017-ci il.
Doğum tarixi 28 noyabr 1937 (1937-11-28) (86 yaş)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Neft və Qaz İnstitutu, quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsi (şöbənin rəhbəri)
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (–1960)

 • Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1964–)
Üzvlüyü AMEA, müxbir üzv
Mükafatları "Şöhrət" ordeni — 2005

Haqqında məlumatlar

28 noyabr 1937-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1955-ci ildə Baş Göynük kənd orta məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

1964-cü ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1960-cı ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunub; daha sonra bu institutda kiçik elmi işçi, mühəndis, böyük mühəndis, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və laboratoriya müdiri,

2003-cü ildən quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin rəhbəri vəzifəsini tutub.

Pedaqoji fəaliyyəti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllimidir.

Elmi fəaliyyəti

1967-ci ildə “Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri” mövzusunda namizədlik dissertasiyasını,

1991-ci ildə “Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildə professor elmi adını alıb.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

42-si xaricdə və 20-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda dərc olunmaqla çap olunmuş 250 elmi əsərin müəllifidir.

12 elmlər namizədinin, 1 elmlər doktorunun elmi rəhbəri olub.

Digər

5 dekabr 2017-ci il tarixdə Neft və Qaz İnstitutunda özünün iştirakı ilə 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Calalov Qərib // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 80-83. — 1.000 nüsx.
  2. Qərib Calalov // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 172. — ISBN 978-9952-441-10-9.
  3. Yubileylər : AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyi qeyd olunub : [arx. 12.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2017. — 5 dekabr. — Müraciət tarixi: 12.09.2021.
  4. Müxbir üzvlər : Calalov Qərib İsaq oğlu : [arx. 12.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 12.09.2021.