Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qafqaz Ağabalayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:56, 6 iyun 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qafqaz Ağabalayev
Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu
Qafqaz Ağabalayev
Qafqaz Ağabalayev.
Doğum tarixi 10 yanvar 1983 (1983-01-10) (41 yaş)
Doğum yeri Kiş, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialıAMEA Şəki Regional Elmi Mərkəzi
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Elmi adı aparıcı elmi işçi
Təhsili

 • Gəncə Dövlət Universiteti, riyaziyyat-informatika fakültəsi, bakalavriat, coğrafiya ixtisası (2000–2004)

 • Gəncə Dövlət Universiteti, magistratura, qiyabi (2004–2007)

Qafqaz Ağabalayev — coğrafiya üzrə fəlsəfə doktoru, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin aparıcı elmi işçisi.

Haqqında məlumatlar

10 yanvar 1983-cü il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1989 – 2000-ci illərdə Şəki rayonu Kiş kənd 1 saylı tam orta məktəbində,

2000 – 2004-cü illərdə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində,

2004 – 2007-ci illərdə Gəncə Dövlət Universitetinin magistraturasında təhsil alıb.

Hərbi xidmət

2007 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Elmi fəaliyyəti

2013-cü ildən AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantı olub,

2021-ci ilin oktyabr ayında dissertasiyasını müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2014 – 2023-cü illərdə bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfransların iştirakçısı olub. 22 elmi, 2 elmi-populyar məqalənin müəllifi, “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri” adlı elmi kitabın həmmüəllifidir.

2018-ci ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar zamanı Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində yerləşən Xudgər şəlaləsini aşkar edib.

Əmək fəaliyyəti

2004-cü ildə Kiş kənd 1 saylı orta məktəbində və Kiş kənd Aydın Məmmədov adına 2 saylı orta məktəbində,

2005 və 2008-ci illərdə Kiş kənd Heydər Əliyev adına 1 saylı tam orta məktəbində coğrafiya müəllimi,

2012 – 2015-ci illərdə AMİ-nin Şəki filialında geodeziya, topoqrafiyanın əsasları, kartoqrafiya, hidrologiya və s. fənlər üzrə müəllim işləyib.

2014-cü ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsində elmi işçi,

2015-ci ildən isə həm də ADPU-nun Şəki filialında geodeziya, topoqrafiyanın əsasları, kartoqrafiya, hidrologiya və s. fənləri üzrə müəllim vəzifəsində çalışır.

Ədəbiyyat

  1. Ağabalayev Qafqaz Məmmədhəsən oğlu : [arx. 29 Jun 2017 - 21 Feb 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 06.06.2023.