Qalib Əhmədov
Qalib Əhmədov (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Qalib Əhmədov | |
---|---|
Əhmədov Qalib Rəşid oğlu | |
![]() | |
Qalib Əhmədov. | |
Doğum tarixi | 10 sentyabr 2001 |
Doğum yeri |
Əliyar, Şəki rayonu, ![]() |
Vəfat tarixi | 10 oktyabr 2020 (19 yaşında) |
Dəfn yeri |
Əliyar kənd qəbiristanlığı, Şəki rayonu, ![]() |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq |
![]() |
Mənsubiyyəti |
![]() |
Atası | Rəşid Əhmədov |
Anası | Validə |
Hərbi fəaliyyəti | |
Qoşun növü |
![]() |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() ![]() |
Haqqında məlumatlarRedaktə
10 sentyabr 2001-ci il tarixdə Şəki rayonunun Əliyar kəndində anadan olub.
TəhsiliRedaktə
2007 – 2016-cı illərdə Şəki rayonu Əlyar kənd ümumi orta məktəbində təhsil alıb.
Hərbi xidmətdəRedaktə
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Şəhid olmasıRedaktə
10 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
22 oktyabr 2020-ci il tarixdə Şəki rayonunun Əliyar kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatlarıRedaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Laçının azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[2];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[3].
AiləsiRedaktə
Ailədə 2 qardaş olublar. Subay idi.
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : QALİB Rəşid oğlu Əhmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
VideolarRedaktə
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |