Qalib Rüstəmov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 37: Sətir 37:
  |Commons              =  
  |Commons              =  
}}
}}
'''Qalib Rüstəmov''' (1953—2021) — coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi.
'''Qalib Rüstəmov''' (1953–2021) — coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi.


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==

10:29, 12 aprel 2021 versiyası

Rüstəmov Qalib
Rüstəmov Qalib İsaq oğlu
Rüstəmov Qalib
Qalib Rüstəmov.
Doğum tarixi 6 fevral 1953(1953-02-06)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 aprel 2021 (68 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
İş yeri AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, aparıcı elmi işçi
Elmi dərəcəsi coğrafiya elmləri namizədi
Təhsili

Zaqatala Politexnik Texnikumu (1975–1978)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (–1983)
facebook səhifəsi

Qalib Rüstəmov (1953–2021) — coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi.

Haqqında məlumatlar

6 fevral 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1975 – 1978-ci illərdə Zaqatala Politexnik Texnikumunda təhsil alıb.

1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1970 – 1975-ci illərdə Şəki ipək kombinatında müxtəlif peşələrdə çalışıb.

1983 – 1995-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunda baş laborant, sonralar mühəndis və kiçik elmi işçi vəzifələrində çalışıb.

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin müəllimidir.

Elmi fəaliyyəti

1985-ci ildən Azərbaycan SSR EA Coğrafiya İnstitutunun dissertantı olub.

1997-ci ildə «Böyük Qafqazın Cənub yamacı landşaftlarının ekoloji-geokimyəvi xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Çap olunmuş 40-dan çox elmi əsərin müəllifidir.

Vəfatı

10 aprel 2021-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Rüstəmov Qalib İsaq oğlu // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 181 – 182. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
  2. "Coğrafiya İnstitutunun fəlsəfə doktorları:Rüstəmov Qalib İsaq oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 31 Jul 2017 – 1 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə