Qazıxana dəftəri: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 42: Sətir 42:


==Ədəbiyyat==
==Ədəbiyyat==
# {{QD|}}
# {{QD|3-13|Dəyərli qaynaq}}


==Həmçinin, bax:==
==Həmçinin, bax:==

20:40, 6 oktyabr 2021 versiyası

Qazıxana dəftəri
Fotoqrafiya
'
Müəllif Nuxəvi Ə.
Orijinalın dili azərbaycanca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 2008
Orijinalın nəşr ili 1866–1880
Tərcüməçi Kamandar Şərifov
Nəşriyyat Nurlan
Səhifə 161
Tiraj 200
elektron versiyası
elektron versiyası

Qazıxana dəftəri — XIX əsrin tanınmış alimi, pedaqoqu və kitabşünası, Nuxanın (indiki Şəki) baş qazısı Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 1866-cı ildən başlamaqla Nuxada vəfat edənləri və nikah müqaviləsi bağlayanları qeydə aldığı və ondan sonra oğlu Abdulla tərəfindən 1880-ci ilədək bu qeydlərin davam etdirildiyi dəftər. Dəftərin Kamandar Şərifov tərəfindən edilmiş foneliterasiyası AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 22 sentyabr 2008-ci il tarixli 9 №-li iclasının qərarı ilə həmin il 161 səhifəlik kitabça şəklində və 200 nüsxə tirajla “Nurlan” nəşriyyatında çap olunmuşdur.

Haqqında məlumatlar

“Qazıxana dəftəri” XIX yüzillikdə Nuxada ailə hüququnun, səhiyyənin tarixinin, yer adları və tanınmış şəxsiyyətlərlə bağlı müəyyən məlumatların öyrənilməsi və əldə edilməsi baxımından çox dəyərli qaynaqdır. “Qazıxana dəftəri”ndə Şəkinin istər məşhur şəxsiyyətlərinin, istərsə də sadə insanlarının nikah müqavilələri qeydə alınmışdır. Nikahla bağlı məlumatlar konkret olaraq bunlardır: Evlənən oğlanın və ya kişinin, ailə quran qızın və ya qadının adları və soyadları, vəkillərin, şahidlərin, kəbin kəsənin adları, möhür və tarix.

“Qazıxana dəftəri”ndə Şəkinin xanları, tanınmış şəxsiyyətləri və onların övladları ilə bağlı (Şəki xanları Hacı Çələbi xan, Məhəmmədhəsən xan, Səlim xan, Şəki bəylərbəyi Fətəli xan, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlu, Şəkixanovlar, Əfəndiyevlər və Əfəndizadələr, İmamzadələr, Qaragözzadələr, Danyal Sultan, Şeyxəli bəy, Əlican bəy Nuxəvi, knyaz Əbdürrəhman, knyaz Abdulla, şeyxzadələr, Axundzadələr, knyaz Əbdürrəhim, Molla Cümanın övladları və başqaları) müəyyən məlumatlar da yer alıb. Məsələn, Xanlar ağa Cəfər ağa Şəkixanovun oğlunun Huri xanım Hüseyn ağa Şəkixanovun qızı ilə, ustad bərbər Məhərrəm bərbər Əbdürrəhman oğlunun Səkinə bəyim Molla Cümanın oğlu Manafin qızı ilə, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlunun Səkinə bəyim Şəki bəylərbəyi Əlican Məhəmmədhəsən xanın qızı ilə, İbrahim bəy Şeyxəli bəy oğlunun Ballı xanım hacı Şəmsəddin bəyin övladı Mustafa bəyin qızı ilə evlənmələri qeyd olunmuşdur.

“Qazıxana dəftəri” Şəki bölgəsində səhiyyənin öyrənilməsi baxımından da əhəmiyyəti var. Belə ki bu mənbədə XIX yüzilliyin ikinci yarısında Nuxada vəfat edənlər, onların vəfat tarixi, xəstəliyi və yaşı qeydə alınmışdır və qeydlərdən məlum olur ki, vəfat edənlərin böyük əksəriyyəti ağ ciyər xəstəliklərindən, o cümlədən, plevrit, vərəm və sətəlcəmdən ölmüşdür. Bundan başqa ishal, yatalaq, qızdırma, çiçək və yel xəstəliklərindən ölənlərin sayının, doğuş zamanı ölmüş qadınların sayının da çox olduğu göstərilir. O cümlədən, dəftərdə 1871-ci ildə Nuxada kütləvi xəstəliyin baş verməsi barədə də məlumat var. “Qazıxana dəftəri”ndə Nuxada yaşamış Mələkcahan adlı bir qadının 120 yaşında vəfat etdiyi də qeyd olunmuşdur[1].

İstinadlar

  1. Qazıxana dəftəri, 2008, (Kamandar Şərifovun tərtib etdiyi “Ön söz”dən iqtibas)., s. 9-12.

Ədəbiyyat

  1. Nuxəvi Ə. Dəyərli qaynaq // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 3-13. — 200 nüsx.

Həmçinin, bax: