Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qazıxana dəftəri

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 18:30, 6 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qazıxana dəftəri
Fotoqrafiya
'
Müəllif Nuxəvi Ə.
Orijinalın dili azərbaycanca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 2008
Orijinalın nəşr ili 1866–1880
Tərcüməçi Kamandar Şərifov
Nəşriyyat Nurlan
Səhifə 161
Tiraj 200
elektron versiyası
elektron versiyası

Qazıxana dəftəri — XIX əsrin tanınmış alimi, pedaqoqu və kitabşünası, Nuxanın (indiki Şəki) baş qazısı Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 1866-cı ildən başlamaqla Nuxada vəfat edənləri və nikah müqaviləsi bağlayanları qeydə aldığı və ondan sonra oğlu Abdulla tərəfindən 1880-ci ilədək bu qeydlərin davam etdirildiyi dəftər. Kamandar Şərifov tərəfindən edilmiş foneliterasiyası AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 22 sentyabr 2008-ci il tarixli 9 №-li iclasının qərarı ilə 2008-ci ildə 161 səhifəlik kitabça şəklində 200 nüsxə tirajla “Nurlan” nəşriyyatında çap olunmuşdur.

Haqqında məlumatlar

“Qazıxana dəftəri” XIX yüzillikdə Nuxada ailə hüququnun, səhiyyənin tarixinin, yer adları və tanınmış şəxsiyyətlərlə bağlı müəyyən məlumatların öyrənilməsi və əldə edilməsi baxımından çox dəyərli qaynaqdır. “Qazıxana dəftəri”ndə Şəkinin istər məşhur şəxsiyyətlərinin, istərsə də sadə insanlarının nikah müqavilələri qeydə alınmışdır. Nikah müqaviləsinin əhatə etdiyi məlumatlar bunlardır: Evlənən oğlanın və ya kişinin, ailə quran qızın və ya qadının adları və soyadları, vəkillərin, şahidlərin, kəbin kəsənin adları, möhür və tarix.

“Qazıxana dəftəri”ndə Şəkinin xanları, tanınmış şəxsiyyətləri və onların övladları ilə bağlı müəyyən məlumatlar var. Məsələn, dəftərdə Şəki xanları Hacı Çələbi xan, Məhəmmədhəsən xan, Səlim xan, Şəki bəylərbəyi Fətəli xan, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlu, Şəkixanovlar, Əfəndiyevlər və Əfəndizadələr, İmamzadələr, Qaragözzadələr, Danyal Sultan, Şeyxəli bəy, Əlican bəy Nuxəvi, knyaz Əbdürrəhman, knyaz Abdulla, şeyxzadələr, Axundzadələr, knyaz Əbdürrəhim, Molla Cümanın övladları və başqaları. Burada Xanlar ağa Cəfər ağa Şəkixanovun oğlunun Huri xanım Hüseyn ağa Şəkixanovun qızı ilə, ustad bərbər Məhərrəm bərbər Əbdürrəhman oğlunun Səkinə bəyim Molla Cümanın oğlu Manafin qızı ilə, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlunun Səkinə bəyim Şəki bəylərbəyi Əlican Məhəmmədhəsən xanın qızı ilə, İbrahim bəy Şeyxəli bəy oğlunun Ballı xanım hacı Şəmsəddin bəyin övladı Mustafa bəyin qızı ilə evlənmələri ilə bağlı məlumatlar öz əksini tapmışdır.

“Qazıxana dəftəri” Şəki bölgəsində səhiyyənin öyrənilməsi baxımından da dəyərli mənbədir. Bu mənbədə XIX yüzilliyin ikinci yarısında Nuxada vəfat edənlər, onların vəfat tarixi, xəstəliyi və yaşı qeydə alınmışdır. Burada vəfat edənlərin böyük əksəriyyətinin ağ ciyər xəstəliklərindən, o cümlədən plevrit, vərəm və sətəlcəmdən öldükləri haqqında məlumatlar var. Bundan başqa ishal, yatalaq, qızdırma, çiçək və yel xəstəliklərindən ölənlərin sayının, doğuş zamanı ölmüş qadınların sayının da çox olduğu görünməkdədir. Dəftərdə 1871-ci ildə Nuxada kütləvi xəstəliyin baş verməsi də qeyd edilib. “Qazıxana dəftəri”ndə Nuxada yaşamış Mələkcahan adlı bir qadının 120 yaşında vəfat etdiyi də qeyd olunmuşdur[1].

İstinadlar

  1. Qazıxana dəftəri, 2008, (Kamandar Şərifovun tərtib etdiyi “Ön söz”dən iqtibas)., s. 9-12.

Ədəbiyyat

  1. Nuxəvi Ə. Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — 200 nüsx.