Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qeysər Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 03:07, 7 dekabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qeysər (Qeysəl) Xəlilov
Xəlilov Qeysər Veysəl oğlu
Qeysar Xalilov1.jpg
Qeysər Xəlilov, 1991-ci il.
bayraqAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədribayraq
1992 — 21 iyul 1992-ci il
Sələfi vəzifə təsis olunub
bayraqAzərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədribayraq
12 mart 1991 — 12 sentyabr 1991
Sələfi vəzifə təsis olunub
bayraqAzərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədribayraq
1990 — 12 mart 1991
Xələfi komitə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1929(1929-10-09)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 7 aprel 2000 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946–1951)
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı professor
Təltifləri “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı

Qeysər Xəlilov (1929–2000) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, sonra bir müddət Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışmış, daha sonra isə bir sıra digər məsul vəzifələr tutmuşdur.

Haqqında məlumatlar

9 oktyabr 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1936 – 1946-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra aspiranturada dəhsil alıb.

İş yerləri

Nazim Hacıyev və Qeysər Xəlilov, XX əsrin 50-ci illəri.

1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi və Rabitə Nazirliyi partiya komitəsinin katibi,

1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,

1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),

1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,

1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.

1993-cü ildə əmək təqaüdünə çıxıb.

Elmi fəaliyyəti

1960-cı ildə namizədlik,

1982-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1989-cu ildə professor elmi adını alıb.

40-dan çox elmi əsərin, 10-a qədər monoqrafiyanın müəllifidir.

Qeysər Xəlilov və Bəxtiyar Vahabzadə, 1981-ci il.
S.Ələsgərov, Q.Xəlilov, İ.Rzayev, 1977-ci il.

Mükafatları

Vəfatı

7 aprel 2000-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.

İstinadlar və qeydlər

  1. Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 258-259. — 1.000 nüsx.
  2. Mete Ə. Xəlilov Qeysər Veysəl oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 305. — 500 nüsx.