Qinyaz Məhərrəmov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:16, 9 fevral 2022 tarixli redaktə
Qinyaz Məhərrəmov
Məhərrəmov Qinyaz Həsən oğlu
Qinyaz Məhərrəmov
Qinyaz Məhərrəmov.
Doğum tarixi 6 fevral 1961 (1961-02-06) (63 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsi (1978–1985)
Hərbi fəaliyyəti
Rütbə polkovnik
İstefada 2020
Təltifləri "Vətən uğrunda" medalı
facebook səhifəsi

Qinyaz Məhərrəmov — istefada olan polis polkovniki.

Haqqında məlumatlar

6 fevral 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1968 – 1978-ci illərdə Şəki şəhər M.F.Axundov adına 2 №-li orta məktəbində,

1978 – 1985-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1980 – 1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1985 – 1986-cı illərdə Bakı tütün kombinatında fəhlə işləyib.

1987 – 1990-cı illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1991 – 2011-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin maliyyə-plan şöbəsinin rəisinin müavini vəzifəsində,

2011-ci ilin iyun ayından 2020-ci ilin sentyabr ayınadək isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb.

2020-ci ilin sentyabr ayından təqaüddədir.

Rütbəsi

Polis polkovniki (2011).

Təltif və mükafatları

  1. “Vətən uğrunda” medalı (01.07.2014).