Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qiymət Məhərrəmli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:59, 1 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qiymət Məhərrəmli
Məhərrəmli Qiymət Məmmədiyə qızı
Qiymət Məhərrəmli
Qiymət Məhərrəmli
Doğum tarixi 2 dekabr 1963 (1963-12-02) (60 yaş)
Doğum yeri Vərəzət, Vartaşen rayonu[qeyd 1], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya üzrə fəlsəfə doktoru
Təhsili

Bakı Məktəbəqədər Pedaqoji Texnikumu (1993 – 1995)

Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini, filologiya fakültəsi, bakalavriatura (1995 – 2000)

Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini, filologiya fakültəsi, magistratura (2000 – 2002)
facebook səhifəsi

Qiymət Məhərrəmli – filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi; şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Haqqında məlumatlar

2 dekabr 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Vərəzət kəndində anadan olub.

Təhsili

1993 – 1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil alıb.

1995 – 2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində bakalavr,

2000 – 2002-ci illərdə isə magistr dərəcəsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1998 – 2001-ci illərdə “Maarifçi” qəzetində əvvəl şöbə müdiri, sonra isə baş redaktor vəzifəsində işləyib.

2001 – 2014-cü illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib; əvvəl böyük laborant, sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

2014-cü ildən AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsində böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb.

Elmi fəaliyyəti

2007-ci ildə «Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Ədəbi yaradıcılığı

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan dilində 7 şeir kitabı (altısı Bakıda, biri Sankt-Peterburqda), rus dilində (Gürcüstanda) və İranda ərəb əlifbası ilə şeir kitabları çap olunub.

Digər

2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi müstəqil qəzetin təsisçisi və baş redaktoru,

2015-ci ildə nəşrə başlayan “Yurd yaddaşı” adlı türkoloji jurnalın redaktorudur.

Ailəsi

Ailəlidir, 3 oğlu var.

Qeydlər

  1. 1,0 1,1 1963-cü ilin mart ayında Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məhərrəmli Qiymət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 365-366. — 1.000 nüsx.
  2. "Məhərrəmli Qiymət Məmmədiyə qızı, filologiya üzrə fəlsəfə doktoru". http://www.folklor.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. 9 Jul 2018 – 7 Feb 2020 tarixində arxivləşdirilib.
  3. "Folklor İnstitutunun fəlsəfə doktorları/Məhərrəmli Qiymət Məmmədiyə qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 14 Apr 2018 – 26 Oct 2020 tarixində arxivləşdirilib.
  4. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı - 2011.