Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qoşqar Mustafayev

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:27, 25 iyun 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
......
Qoşqar Mustafayev
Mustafayev Qoşqar Asim oğlu
Qoşqar Mustafayev
Qoşqar Mustafayev, 2015.

Qoşqar Mustafayev — Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Şəki Regional Reklam İdarəsinin mütəxəssisi, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.

Haqqında məlumatlar

25 iyun 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbini bitirib.

2004 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

2009-2021-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompüter mərkəzində kompüter mütəxəssisi vəzifəsində çalışıb.

2021-ci ildən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Şəki Regional Reklam İdarəsinin mütəxəssisidir.

İctimai-siyasi fəallığı

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.

Heç bir siyasi partiyanın üzvü deyil. Lakin, 2019-cu il bələdiyyə seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Həmçinin, bax:

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. ...

Bildiriş

...