Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Qorxmaz Bəkirov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:06, 18 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qorxmaz Bəkirov
Bəkirov Qorxmaz Mürsəl oğlu
Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov, 1990-cı il
Doğum tarixi 1940(1940-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1999
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Energetika Texnikumu

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

Qorxmaz Bəkirov — 1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olmuş, 1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilmiş, 1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini olmuşdur; həmçinin, 1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1940-cı ildə Nuxada anadan olub.

Təhsili

Orta məktəbin yeddinci sinfini bitirdikdən sonra, əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1967-ci ildə Zaqqtala rayon rabitə qovşağınındə texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.

1972-ci ildə “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini müavini vəzifəsinə irəli çəkilib.

1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olub.

İctimai-siyasi fəaliyyəti

1970-ci ildən Sov.İKP-nin üzvü olub.

1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.

1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[1].

İstinadlar

  1. 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə