Qorxmaz Bəkirov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 16:07, 21 dekabr 2020 tarixli redaktə
Qorxmaz Bəkirov
Bəkirov Qorxmaz Mürsəl oğlu
Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov, 1990-cı il
Doğum tarixi 1940(1940-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1999
Vəfat yeri Şəki, Azərbaycan
Təhsili

Bakı Energetika Texnikumu

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

Qorxmaz Bəkirov — 1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olmuş, 1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilmiş, 1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır; həmçinin, 1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1940-cı ildə Nuxada anadan olub.

Təhsili

Orta məktəbin yeddinci sinfini bitirdikdən sonra, əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1967-ci ildə Zaqqtala rayon rabitə qovşağınındə texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.

1972-ci ildə “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini müavini vəzifəsinə irəli çəkilib.

1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi olub.

1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1970-ci ildən Sov.İKP-nin üzvü olub.

1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.

1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[1].

İstinadlar

  1. 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə