QudulaAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi
Qudula


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 911 nəfər



TarixiRedaktə

400 il yaşı var. Qudulada orta əsrlərdə inşa edilmiş qala yeri qalıb.

Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır.

Kəndin ərazisində yaşı 1000 ildən çox olan PİR PALID adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var.

CoğrafiyasıRedaktə

Qudula kəndi Əyriçay sahilində yerləşir. Ağaclıqdır, relyefi dağətəyi zonada yerləşir.

ƏhaliRedaktə

Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.

DinRedaktə

Kənddə Qudula kənd məscidi dini icması fəaliyyət göstərir[1].

İstinadlarRedaktə