Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qulam Axundov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:56, 2 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qulam Axundov
Axundov Qulam Bağır oğlu
Qulam Axundov
Qulam Axundov
Doğum tarixi 1877(1877-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1947(1947-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Züleyxa
Uşaqları Zümrüd Axundova, Şəfiqə Axundova

Qulam Axundov (1877–1947) — Azərbaycan sovet partiya məmuru və publisist. 1920-ci illərin birinci yarısında bir müddət Azərbaycan K(b)P Nuxa qəza partiya komitəsinin məsul katibi vəzifəsində çalışıb. İlk azərbaycanlı qadın elmlər namizədi Zümrüd Axundovanın və görkəmli Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın atasıdır.

Haqqında məlumatlar

1877-ci ildə Nuxada anadan olub.

1917-ci ilədək sahibkar yanında muzdur işləyib.

1920-ci illərin birinci yarısında bir müddət[qeyd 1] Azərbaycan K(b)P Nuxa qəza partiya komitəsinin məsul katibi və “Nuxa fəhləsi” qəzetinin məsul redaktoru olub[qeyd 2].

Sovet hökumətindən qaçaq düşmüş bir sıra günahsız şəxslərin öz evlərinə qaytarılmasında, onlardan bəzilərinin əməyə və təhsilə cəlb edilməsində xidmətləri var[1].

1924-cü ildə Bakıya köçüb və müxtəlif vəzifələrdə çalışıb.

1947-ci ildə Nuxada vəfat edib.

Xatirəsi

Şəki şəhərində adına küçə var.

Qeydlər

  1. Ən geci 1922 ildən (Tahirzadə Ə.Ş., 2005, s. 79) ən geci 28 iyul 1923-ci il tarixədək (Tahirzadə Ə.Ş., 2005, s. 81).
  2. Həmin illərdə baş redaktor vəzifəsi “sədr mühərrir” adlanırdı, lakin qəzetdə sədr mühərririn adı əvəzinə bir qayda olaraq yalnız məsul redaktorun adı göstərilirdi ki, bu da qəza, mahal, rayon, yaxud şəhər partiya komitəsinin məsul katibi idi (OTÖ, 2006, s. 373).

İstinadlar

  1. OTÖ, 2006, s. 373.

Ədəbiyyat

  1. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 371. — 500 nüsx.
  2. Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.