Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qurbanəli Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qurbanəli Mustafayev
Mustafayev Qurbanəli Abdurəhim oğlu
Qurbanəli Mustafayev
Qurbanəli Mustafayev.
Doğum tarixi 25 sentyabr 1926(1926-09-25)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 fevral 1998 (71 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geologiya fakültəsi (1948–1953)

 • Ümumittifaq Geofiziki-Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutu, aspirantura (Moskva)
Elmi rəhbəri M.K.Polşkov

Qurbanəli Mustafayev (1926–1998) — geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti GMG İB-nin “AzərGeofizika” Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri.

Haqqında məlumatlar

25 sentyabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.

1948 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib. Daha sonra Moskvada – Ümumittifaq Geofiziki-Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1960 – 1965-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda işləyib.

1965-ci ildən Ümumittifaq Geofiziki Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri olub.

Vəfat edərkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti GMG İB-nin “AzərGeofizika” Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri idi.

Elmi fəaliyyəti

1959-cu ildə Moskvada “Seysmik məlumatların geoloji interpretasiyasının yeni imkanları” mövzusunda namizədlik dissertasiyasını,

1975-ci ildə isə “Neft-qaz yataqlarının birbaşa axtarışının seysmik metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

60-dan çox elmi əsərin, 11 ixtiranın, çoxsaylı elmi hesabat və tövsiyələrin müəllifidir.

4 elmlər namizədinin elmi rəhbəri olub.

Vəfatı

16 fevral 1998-ci il tarixdə, 71 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Şəkidə bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev Qurbanəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 429-430. — 1.000 nüsx.