Qurban Abbasov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:58, 7 may 2023 tarixli redaktə
Qurban Abbasov
Abbasov Qurban Cabbar oğlu
Qurban Abbasov
Qurban Abbasov.
Anadan olub 14 yanvar 1908(1908-01-14)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 23 aprel 1973 (65 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Abbasova (Tahirova) Baxşı Əhməd bəy qızı
Uşaqları Zümrüd Abbasova, İlham Abbasov və Aydın Abbaslı
Atası Cabbar
Anası Sitarə
Vətəndaşlıq SSRİ
Təhsili

 • Nuxa Pedaqoji Məktəbi (–1926)

 • Azərbaycan Dövlət Darülfünu/Azərbaycan Pedaqoji İnstitutu, kimya-biologiya fakültəsi (1929–1932)
Tanınır Qanun Qurban

Qurban Abbasov (1908–1973) — tanınmış pedaqoq; uzun müddət Şəki şəhərindəki təhsil müəssisələrində işləmiş, o cümlədən müxtəlif illərdə pedaqoji məktəbin tədris hissəsi müdiri, direktoru, 10 №-li məktəbin tədris hissəsi müdiri, 11 №-li məktəbin direktoru, 2 №-li internat-məktəbinin direktoru vəzfəsində çalışmışdır.

Haqqında məlumatlar

14 yanvar 1908-ci ildə – qurban bayramı günü, Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.

Təhsili

1918-ci ildə Nuxa rus-tatar məktəbində, sonra isə Nuxa nümunə-zəhmət məktəbində təhsil alıb.

1926-cı ildə Nuxa Pedaqoji Məktəbini bitirib.

1929 – 1932-ci ildə Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

Böyük Vətən müharibəsi iştirakçısıdır;

1941-ci ilin avqust ayında hərbi xidmətə çağırılıb. Kiçik leytenant hərbi rütbəsi ilə döyüşlərdə iştirak edib və yaralanıb.

4 fevral 1943-cü il tarixdə, hərbi xidmət üçün yararsız vəziyyətə düşdüyünə görə (II qrup əlil) ordudan tərxis edilib.

Əmək fəaliyyəti

1926-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi,

1929-cu ildə Nuxa şəhər 9 №-li məktəbinin direktoru və müəllimi olub.

1932-ci ildən Stalin adına Nuxa pedaqoji məktəbində müəllim,

1939-cu ildən 1941-ci ilin avqust ayına qədər və

1943-cü ilin ortalarından 1952-ci ilə qədər tədris hissəsi müdiri,

1952 – 1957-ci illərdə isə direktor vəzifəsində çalışıb.

1957 – 1961-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbin tədris hissəsi müdiri,

1961 – 1963-cü illərdə Nuxa şəhər 11 №-li orta məktəbin direktoru,

1963 – 1972-ci illərdə Nuxa şəhər 2 №-li internat-məktəbinin direktoru olub.

1972-ci ilin sentyabr ayında əmək təqaüdünə çıxıb.

İctimai-siyasi fəaliyyəti

Bir neçə çağırış Nuxa şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilib.

1949 – 1953-cü illərdə Nuxa rayon Xalq məhkəməsinin iclasçısı olub.

Vəfatı

23 aprel 1973-cü il tarixdə – 65 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Аббасов Курбан Джаббар-оглы : [arx. 14.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 14.11.2021.
  2. Bəşirov R., Hacıyev N. Abbasov Qurban Cabbar oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 61-62.
  3. Şükürov R., Orsər R. Abbasov Qurban Cabbar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 119-121. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  4. Qurban Abbasov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 123-125. — ISBN 978-9952-8176-4-5.