Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Qurtuluş Süleymanlı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 64: Sətir 64:
  
 
==Ədəbiyyat==
 
==Ədəbiyyat==
*{{ŞGS|1942}}
+
# {{ŞGS|1942}}
 +
 
 
{{Yaxşı məqalə}}
 
{{Yaxşı məqalə}}

23:06, 12 iyun 2021 versiyası

Qurtuluş Süleymanlı
Cabbarov Qurtuluş Məmmədiyyə oğlu
Qurtuluş Süleymanlı
Qurtuluş Süleymanlı
Doğum tarixi 29 oktyabr 1942(1942-10-29)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 14 dekabr 2020 (78 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Məmmədiyyə Cabbarov
Təhsili

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil və ədəbiyyat fakültəsi (–1968)

Bakı Ali Partiya Məktəbi (1973–1975)
Fəaliyyət illəri 1957–2010
İlk əsəri “Ana” şeiri

Qurtuluş Süleymanlı (1942–2020) — şair, yazıçı, publisist, 2003–2010-cu illərdə 4 kitabı çap olunub. Müxtəlif illərdə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki rayon radio verilişləri redaksiyasının böyük redaktoru və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

29 oktyabr 1942-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib.

1973 – 1975-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1960-cı ildə V.İ.Lenin adına Nuxa İpək kombinatında toxucu kimi əmək fəaliyyətinə başlayıb.

1965-ci ildən, əvvəl Nuxa şəhər Mədəniyyət evində təlimatçı, sonralar isə Nuxa şəhər mədəniyyət şöbəsində inspektor, radio verilişləri redaksiyasının böyük redaktoru, Şəki şəhər partiya komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri, Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki şəhər İcra hakimiyyətinin humanitar şöbəsində baş məsləhətçi, Şəki şəhər təhsil şöbəsində inspektor, AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində çalışıb.

Yaradıcılıq fəaliyyəti

1957-ci ildə – 7-ci sinifdə oxuyarkən, “Nuxa fəhləsi” qəzetində dərc olunmuş “Ana” şeiri ilə ədəbi fəaliyyətə başlayıb. Həmin ildə “Səbuhi” ədəbi məclisinə üzv qəbul edilib. Şeirləri, hekayələri, oçerkləri, publisist yazıları müxtəlif illərdə yerli (“İpəkçi”, “Şəkinin səsi”, “Şəki”), digər bölgə (“Mingəçevir işıqları”) və respublika (“Ədəbiyyat və İncəsənət”, “Azərbaycan müəllimi”, “Sərbəst düşüncə”, “Ocaq”, “Sovet kəndi”, “İnşaatçı”, “Ekran-efir”, “İdman”, “Gənc müəllim”, “Mədəniyyət”, “Azərbaycan gəncləri”) qəzetlərində, respublika jurnallarında (“Azərbaycan qadını”, “Mədəni maarif işi”, “Təşviqatçı”, “Göyərçin”, “Günəş”, “Təbiət”) dərc olunub, bəziləri isə radio və televiziyada səsləndirilib.

Kitabları

  1. Günəşli dünyam.
  2. İnsan ol.
  3. Şəkim mənim.
  4. Dünya və insan.

Vəfatı

14 dekabr 2020-ci il tarixdə – 78 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Orsər R. Qurtuluş Süleymanlı // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 1942. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə