Qönçə Qazıyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış Böyük...' ilə yarat) tərəfindən edilmiş 20:17, 15 may 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Qönçə Qazıyeva
Qazıyeva (Alıcanbəyova) Qönçə İsmayıl qızı
Qönçə Qazıyeva
Qönçə Qazıyeva.
Doğum tarixi 16 dekabr 1916(1916-12-16)[qeyd 1]
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 16 noyabr 1992 (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu, (1932–1937)
Həyat yoldaşı Abdulla Məmməd oğlu Qazıyev
Uşaqları Rauf və Fərid Qazıyevlər
Atası İsmayıl bəy Alıcanbəyov
Anası Balaca xanım
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1961Знак СССР «Почётному железнодорожнику»
"Döyüş xidmətlərinə görə" medalı — 1943"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985"Şərəf Nişanı" ordeni  — 1971

Qönçə Qazıyeva (1916–1992) — Azərbaycan SSR əməkdar həkimi, tibb elmləri namizədi, Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri. Uzun müddət 26 Bakı Komissarları adına Bakı şəhər 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri olub.

Haqqında məlumatlar

16 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub[qeyd 1].

1917-ci ildə anası,

1922-ci ildə isə atası vəfat edib.

1930-cu ildə qardaşları siyasi ittihamlarla həbs edilərək güllələniblər.

Təhsili

1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutun müalicə profilaktika fakültəsində təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti

1941 – 1945-ci illərdə hospitalda hərbi cərrah,

1945 – 1950-ci illərdə 26 Bakı Komissarları adına 1-ci dəmiryol xəstəxanasında müxtəlif məsul vəzifələrdə (müalicə işləri üzrə rəis müavini, baş həkimin müavini),

1950 – 1977-ci illərdə baş həkim,

1977-ci ildən isə Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1974-cü ildə iynəbatırmaqla refleks əmələgətirmə üsulu barədə namizədlik dissertasiyasını müdafiə edib. Bu müalicə üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri olub.

Kitabları

  • Qazıyeva Q.İ. İynəbatırma ilə müalicə, Azərnəşr, 1985.

Təltif və mükafatları

Vəfatı

16 noyabr 1992-ci il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Atası: İsmayıl bəy Alıcanbəyov, Nuxa türməsinin rəisi idi, 1922-ci ildə vəfat edib.

Anası: Balaca xanım, evdar qadın olub, Şəki xanlarının nəslindən idi və 1917-ci ildə vəfat edib.

Ailədə 4 bacı və 2 qardaş olublar;

Qardaşları: BəhramMustafa Alıcanbəyovlar, 1930-cu ildə hər ikisi siyasi ittihamlarla həbs edilərək güllələniblər.

Bacıları: Lütfiyə,...

Həyat yoldaşı: Abdulla Məmməd oğlu Qazıyev, 1942-ci ildə Böyük Vətən müharibəsində itkin düşüb (baş politruk idi).

Uşaqları: Rauf (1937-ci il təvəllüdlü) və Fərid (1939-cu il təvəllüdlü) Qazıyevlər.

Qeydlər

  1. 1,0 1,1 Digər mənbədə təvəllüdü 1913-cü il kimi göstərilir (Память народа,).

İstinadlar

Ədəbiyyat

  1. Казиева Гонча Исмаил-кизы : [arx. 15.05.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.05.2022.
  2. Məmmədov Ə., Xalıqov F. Казыева Гонча ханум Исмаил кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 302-303. — 1.000 nüsx.
  3. Mete Ə. Alıcanbəyov nəsli // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 351-352. — 500 nüsx.
  4. Казиева Гонча Исмаил кызы - врач : Казиева (Алджанбекова) Гонча Исмаил кызы - врач : [arx. 10 Sep 2016 - 14 Jun 2021] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 15.05.2022.