Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Qüdrət Bəkirov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:38, 11 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qüdrət Bəkirov
Bəkirov Qüdrət Məmməd oğlu
Qüdrət Bəkirov
Qüdrət Bəkirov.
Doğum tarixi 11 iyun 1961 (1961-06-11) (62 yaş)
Doğum yeri Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi biologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, tut ipəkqurdunun seleksiyası şöbəsi (müdir)
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, kimya–biologiya fakultəsi, qiyabi şöbə (1983–1988)
facebook səhifəsi

Qüdrət Bəkirov — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri.

Haqqında məlumatlar

11 iyun 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1968 – 1978-ci illərdə Oxud kənd orta məktəbində,

1983 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakultəsinin qiyabi şöbəsində təhsil alıb.

Hərbi xidmət

1979 – 1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmət edib.

Elmi fəaliyyəti

1994-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzin ipəkçilik laboratoriyasında “Yerli və introduksiya olunmuş cinslər arasında hibridlərdə heterozis qüvvəsinin öyrənilməsi” mövzusunda elmi tədqiqat işi aparıb,

2013-cü ildə həmin mövzu üzrə dissertasiya işini müdafiə edib.

2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru adını alıb.

2018-ci ildə dosent elmi adını alıb.

48 elmi məqalələrin müəllifi, 12 Müəlliflik şəadətnaməsinin, 12 patentin həmmuəllifidr.

2018-ci ildə Şəki Regional Elmi Mərkəzin Elmi Şurasında “Azərbaycan şəraitində intraduksiya olunmuş cinslərin heterozis qüvvəsinin öyrənilməsi” doktorluq işinin mövzusu təsdiq olnub.

Əmək fəaliyyəti

1985-ci ildən Şəki Zona Elmi bazasında laborant vəzifəsində işləməyə başlayıb.

1993-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin “İpəkçilik” laboratoriyasının rəhbəri olub.

2012-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

Təltif və mükafatları

  • AMEA-nın fəxri fərmanı – AMEA Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə (2012).

Ailəsi

Evlidi, üç evladı var.

Ədəbiyyat

  1. Şəki REM-in fəlsəfə doktorları : Bəkirov Qüdürət Məmməd oğlu : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
  2. Tut ipəkqurdunun seleksiyası şöbəsi : [arx. 27 Jul 2017 - 10 Sep 2018] // Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 11.09.2021.