Rövşən Həsənov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 17:05, 26 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Rövşən Həsəov
Həsənov Rövşən Əli oğlu
Rövşən Həsəov
Rövşən Həsəov.
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1983(1983-08-27)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Boyu 180 sm
Çəkisi 85 kq
İdman növü karate, budo döyüş növləri

Rövşən Həsənov — Qocyu-Ryu Kontakt Karate idman növü üzrə 1-ci Dan “Qara kəmər” sahibi, bir sıra klub, şəhər və respublika birinciliklərinin qalibi, Şəki “Qafqaz” İdman Klubunun eksperti. Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

27 avqust 1983-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

2000-ci ildə Şəki şəhər 4 saylı orta məktəbini bitirib.

2004 – 2006-cı illərdə Şəki Texniki Peşə Məktəbində turizm agenti ixtisası üzrə təhsil alıb.

2006 – 2007-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçiləri Evininin nəzdində olan jurnalistika kursunda iştirak edib.

İdman uğurları[Vizual redaktə | HTML redaktə]

  • 29 avqust 2013-cü ildə Şəkidə keçirilmiş Çingiz Mustafayevin 53 illiyinə həsr edilmiş turnirin qalibi.
  • 10 may 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş Kontakt Karate döyüş növü üzrə Şəki şempionatının qalibi.
  • Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən 2017-ci ildə İmişlidə keçirilmiş budo döyüş növləri MMA kontakt sistemi üzrə respublika birinciliyinin 85 kq çəkidə qalibi.
  • 2019-cu ilin dekabr ayında Şəki Olimpiya Kompleksində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq turnirin qalibi.