Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rəna Əsədova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:34, 1 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəna Əsadova
Əsədova Rəna Şərif qızı
Rəna Əsadova
Rəna Əsadova.
Doğum tarixi 25 yanvar 1962 (1962-01-25) (62 yaş)
Doğum yeri Baş Göynük, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu, 6 saylı Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi (şöbə rəhbəri)
Elmi dərəcəsi Texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutu, mühəndis-elektrik ixtisası (1979–1984)

Rəna Əsadova — texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 6 saylı elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin rəhbəri.

Haqqında məlumatlar

25 yanvar 1962-ci il tarixdə Nuxa rayonunun (indiki Şəki rayonu) Baş Göynük kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1969 – 1979-cu illərdə orta məktəbdə,

1979 – 1984-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda (mühəndis-elektrik ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1980 – 2003-cü illərdə Azərbaycan Sənaye institutunda (Sumqayıt) əvvəl laborant, sonra baş laborant, daha sonra assistent, baş müəllim vəzifəsində çalışıb.

2003-cü ilin yanvar ayından AMEA Kibernetika/İdarəetmə Sistemləri institutunda işləyir; o cümlədən, əvvəl elmi işçi, 2004-cü ilin sentyabr ayından isə elmi-texniki informasiya, patent tədqiqatları və menecment şöbəsinin rəhbəri olub.

İkinci iş yerləri

Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyət göstərib.

Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında və Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin informatika kafedrasında dosent vəzifələrində (hər birində 0,5 ştat) çalışır.

Elmi fəaliyyəti

2001-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 34, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir.

İctimai aktivliyi

AMEA İdarəetmə Sistemləri İnstitutunun Qadınlar Şurasının sədridir.

Təltif və mükafatları

  • Avropa Nəşr Evinin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl medalı” (12 iyul 2016);
  • İLİN ALİMİ Ali Media mükafatı – Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə (2017).

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əsədova Rəna // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 124-125. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Əsədova Rəna Şərif qızı. http://www.science.gov.az/. Azərbaycan Milli Elmlər Akademiyası. Arxivləşdirilib (26 Feb 2018 - 16 Dec 2019).