Rövşən Əfəndizadə: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 61: Sətir 61:


===Aqibəti===
===Aqibəti===
Bəzi məlumatlara görə 1930-cu illərdə Stalin repressiyasının qurbanı olub.
1918/1919-cu ildən sonrakı həyat və fəaliyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə 1930-cu illərədək yaşamış və həmin illərdə Stalin repressiyasının qurbanı olmuşdur.


==Ədəbiyyat==
==Ədəbiyyat==

15:38, 11 yanvar 2022 versiyası

Rövşən bəy Əfəndizadə
Əfəndizadə Rövşən bəy Mustafa oğlu
Rövşən bəy Əfəndizadə
Rövşən bəy Əfəndizadə, 1918/1919-cu illər.
Doğum tarixi 12 yanvar 1885(1885-01-12) (Yuli təqvimi ilə 31 dekabr 1884)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi +1918/1919

Rövşən Əfəndizadə (1885–+1918/1919) — XX-ci əsrin birinci və ikinci onilliklərində Cənubi Qafqazda fəaliyyət göstərmiş pedaqoq (rus dili müəllimi) və ictimai-siyasi xadim.

Haqqında məlumatlar

12 yanvar 1885-ci il tarixdə (Yuli təqvimi ilə 31 dekabr 1884-cü il) Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Əvvəl Nuxa ibtidai “müsəlmani-rusi” (rus-tatar) məktəbində,

1896-cı ildən Nuxa rüşdiyyəsində (progimnaziya tipli məktəb),

1901 – 1903-cü illərdə Bakı Sənaye Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1904-cu ildən, əvvəl Nuxada, sonra bir il Qazaxda,

1908-ci ildən 1917-ci ilin ortalarınadək Tiflisdə,

1917-ci ilin ikinci yarısından isə Bakıda müxtəlif məktəblərdə rus dili müəllimi işləyib.

1918/1919-cu ildə Hacıbəyli qardaşları “müdiriyyətinə mübaşir” (teatrın icraçı direktoru) təyin olunub.

Siyasi-ictimai fəaliyyəti

1905-ci ildə Yelizavetpol qeneral-qubernatoru Rövşən bəy Əfəndizadənin Qafqazdan sürgün edilməsi barədə əmr imzalamışdı. Lakin o dövrün nüfuzlu azərbaycanlılarının xahişlərindən sonra əmrini ləğv edib.

1915-ci ilin Tiflis mətbuatında Rövşən bəyin adı Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi görkəmli ziyalılarla birlikdə, gürcü şairi, yazıçısı, mütəfəkkiri Akaki Sereteli Tiflisdə dəfn mərasimində çıxış etmiş şəxslərdən biri kimi çəkilib.

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub. Həmin ilin ortalarında Tiflisdən İstanbula göndərilmiş rəsmi nümayəndə heyətinin tərkibində yer alıb. Osmanlı sultanı ilə şəxsən görüşüb.

Aqibəti

1918/1919-cu ildən sonrakı həyat və fəaliyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə 1930-cu illərədək yaşamış və həmin illərdə Stalin repressiyasının qurbanı olmuşdur.

Ədəbiyyat

  1. Məhəmmədov Mustafa Mirhəsən oğlu // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 58. — 550 nüsx.
    1. Məhəmməd əfəndinin // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 135. — 550 nüsx.
  2. Tahirzadə Ə. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? // Məmmədov A. Şəkinin səsi : qəzet. — “Azərbaycan” nəşriyyatı, 2011. — В. 30 may. — № 2 (438). — Səh. 1. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 10 Jan 2022.
    1. Tahirzadə Ə. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? : [arx. 1 Mar 2021 - 17 Jul 2021] // Şəki tarixi. — Müraciət tarixi: 10.01.2022.
  3. Bəkirov N. Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı. — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. — Bakı: Nafta-Press, 2018. — Səhifələrin sayı:  226. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 yanvar 2022.