Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rövşən Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:16, 12 yanvar 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rövşən Əfəndizadə
Əfəndizadə Mir Rövşən Mustafa oğlu
Rövşən Əfəndizadə
Rövşən bəy Əfəndizadə, 1918/1919-cu illər.
Anadan olub 12 yanvar 1885(1885-01-12) (Yuli təqvimi ilə 31 dekabr 1884)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib +1918/1919

Rövşən Əfəndizadə (1885–+1918/1919) — XX əsrin birinci və ikinci onilliklərində Cənubi Qafqazda yaşamış və fəaliyyət göstərmiş pedaqoq (rus dili müəllimi) və ictimai-siyasi xadim.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

12 yanvar 1885-ci il tarixdə (Yuli təqvimi ilə 31 dekabr 1884-cü il) Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Əvvəl Nuxa ibtidai “müsəlmani-rusi” (rus-tatar) məktəbində,

1896-cı ildən Nuxa rüşdiyyəsində (progimnaziya tipli məktəb),

1901 – 1903-cü illərdə Bakı Sənaye Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1904-cu ildən, əvvəl Nuxada, sonra bir il Qazaxda,

1908-ci ildən 1917-ci ilin ortalarınadək Tiflisdə,

1917-ci ilin ikinci yarısından isə Bakıda müxtəlif məktəblərdə rus dili müəllimi işləyib.

1918/1919-cu ildə Hacıbəyli qardaşları “müdiriyyətinə mübaşir” (teatrın icraçı direktoru) təyin olunub.

Siyasi-ictimai fəaliyyəti[redaktə | HTML redaktə]

1903-cü ildə “Şərqi Rus” qəzetində “Mir Rövşən Nuxui” ədəbi imzası ilə yazısı çap olunub[1].

1905-ci ildə Yelizavetpol qeneral-qubernatoru Rövşən bəy Əfəndizadənin Qafqazdan sürgün edilməsi barədə əmr imzalayıb. Lakin o dövrün nüfuzlu azərbaycanlılarının bu məsələyə müdaxiləsindən sonra həmin əmr ləğv edilib.

1915-ci ilin Tiflis mətbuatında Rövşən bəyin adı Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi görkəmli azərbaycanlı ziyalılarla birlikdə, gürcü şairi, yazıçı və mütəfəkkiri Akaki Seretelinin Tiflisdəki dəfn mərasimində çıxış etmiş şəxslərdən biri kimi çəkilib.

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub. Həmin ilin ortalarında Tiflisdən İstanbula göndərilmiş rəsmi nümayəndə heyətinin tərkibində yer alıb. Osmanlı sultanı ilə şəxsən görüşüb.

Aqibəti[redaktə | HTML redaktə]

1918/1919-cu ildən sonrakı həyat və fəaliyyəti ilə bağlı heç bir dəqiq məlumat yoxdur. Təsdiqi hələlik mümkün olmamış bəzi məlumatlara görə 1930-cu illərədək Bakıda yaşamış və həmin illərdə Stalin repressiyasının qurbanı olmuşdur.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məhəmmədov Mustafa Mirhəsən oğlu // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 58. — 550 nüsx.
    1. Məhəmməd əfəndinin // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 135. — 550 nüsx.
  2. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 82. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  3. Tahirzadə Ə. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? // Məmmədov A. Şəkinin səsi : qəzet. — “Azərbaycan” nəşriyyatı, 2011. — В. 30 may. — № 2 (438). — Səh. 1. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 10 Jan 2022.
    1. Tahirzadə Ə. Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir? : [arx. 1 Mar 2021 - 17 Jul 2021] // Şəki tarixi. — Müraciət tarixi: 10.01.2022.
  4. Bəkirov N. Azərbaycan-gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı. — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. — Bakı: Nafta-Press, 2018. — Səhifələrin sayı:  226. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 yanvar 2022.