Rövşən Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Nukha (müzakirə | redaktələr) tərəfindən edilmiş 10:35, 13 avqust 2020 tarixli redaktə
Rövşən Həsəov
Həsənov Rövşən Əli oğlu
Rövşən Həsəov
Rövşən Həsəov
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1983(1983-08-27)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Boyu 180 sm
Çəkisi 85 kq
İdman növü karate, budo döyüş növləri

Rövşən Həsənov – Qocyu-Ryu Kontakt Karate idman növü üzrə 1-ci Dan “Qara kəmər” sahibi, 2019-cu ilin dekabr ayında Şəki Olimpiya Kompleksində keçirilən Ümummilli lider Heydər Əliyev adına Beynəlxalxalr turnirin qalibi. Şəki “Qafqaz” İdman Klubunda ekspert vəzifəsində çalışır.

Haqqında əlavə məlumatlar

27 avqust 1983-cü il tarixdə Şəkidə anadan olub.

2000-ci ildə 4 saylı orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illərdə Şəki Texniki Peşə Məktəbində turizm agenti ixtisası üzrə təhsil alıb. Sonra, 2006-2007-ği illərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçiləri Evininin nəzdində olan jurnalistika kursunda oxuyub.

29 avqust 2013-cü ildə Şəkidə keçirilmiş Çingiz Mustafayevin 53 illiyinə həsr edilmiş turnirin qalibi olmuşdur.

Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən 2017-ci ildə İmişlidə keçirilmiş budo döyüş növləri MMA kontakt sistemi üzrə respublika birinciliyinin 85 kq çəkidə qalibi.

Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir. Şablon:Yaxşı məqalə