Rövzət Dəmirçizadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Rövzət Dəmirçizadə
Dəmirçizadə Rövzət Əzəl oğlu
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə.
Doğum tarixi 3 yanvar 1939(1939-01-03)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 15 aprel 2010 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası Əbdüləzəl Dəmirçizadə
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi
Fəaliyyəti şair

Rövzət Dəmirçizadə (1939–2010) — 8 şeir kitabı çap olunmuş şair. 20 yaşında ikən bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş və bundan sonra ancaq əlil arabası ilə hərəkət etmişdir. Məşhur dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu və oğulluğudur.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

3 yanvar 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, lakin 2 il sonra səhhəti ilə bağlı olaraq təhsilini yarımçıq buraxıb.

Sonralar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.

Şəkidə nəşr olunan “Şəki fəhləsi”, “İpəkçi”“Şəkinin səsi” qəzetlərində müxtəlif vaxtlarda onlarla şeiri dərc edilib.

Kitabları[Vizual redaktə | HTML redaktə]

  • Qatarda (1968);
  • Tut ağacım (1971);
  • Səhər duyğuları (1974);
  • Səslər (1978);
  • Çörək ətri (1981);
  • Ürəyimdə yaşayanlar (1986);
  • Arzu gülü (1990);
  • Dünyaya və özümə bir baxış (2008).

Vəfatı[Vizual redaktə | HTML redaktə]

15 aprel 2010-cu il tarixdə – 71 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Orsər R. Rövzət // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 414-417. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Şair Rövzət vəfat etdi // İpəkçi : qəzet. — 2010. — В. 28 aprel. — № 5 (2269). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 2 yanvar 2021.