Röyal Xasıyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:17, 3 noyabr 2022 tarixli redaktə
Röyal Xasıyev
Xasıyev Röyal Abuzər oğlu
Röyal Xasıyev
Röyal Xasıyev.
Doğum tarixi 19 aprel 1993(1993-04-19)
Doğum yeri İkinci Biləcik, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 7 oktyabr 2020 (27 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri İkinci Biləcik kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Abuzər Xasıyev
Anası Ülkər Xasıyeva
Təhsili

 • Cəmşid Naxçıvanski adına hərbi lisey (2010–2013)

 • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2013–2017)
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2010 – 2020
Rütbə baş leytenant
Təltifləri "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı

Röyal Xasıyev (1993–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Haqqında məlumatlar

19 aprel 1993-cü il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub.

Təhsili

1999 – 2007-ci illərdə Şəki rayonunun İkinci Biləcik kənd tam orta məktəbində,

2010 – 2013-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,

2013 – 2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Hərbçi əmək fəaliyyəti

2017-ci ildən leytenant,

2019-cu ildən isə baş leytenant rütbəsi ilə zabit olaraq Azərbaycan Ordusunda xidmət edib.

27 sentyabr 2020-ci il tarixdən – Vətən müharibəsinin ilk günündən, döyüşlərdə zabit olaraq iştirak edib.

Şəhid olması

7 oktyabr 2020-ci il tarixdə – 27 yaşında, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.

8 oktyabr 2020-ci il tarixdə İkinci Biləcik kəndinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə iki qardaş olublar. Subay idi.

Xatirəsi

22 oktyabr 2021-ci il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində onun adını daşıyan bulaq istifadəyə verilib.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RAHİB Məmmədemin oğlu Hacıismayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video