Röyal Xasıyev
Röyal Xasıyev | |
---|---|
Xasıyev Röyal Abuzər oğlu | |
![]() | |
Röyal Xasıyev. |
Röyal Xasıyev (1993–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
19 aprel 1993-cü il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1999 – 2007-ci illərdə Şəki rayonunun İkinci Biləcik kənd tam orta məktəbində,
2010 – 2013-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,
2013 – 2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbçi əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2017-ci ildən leytenant,
2019-cu ildən isə baş leytenant rütbəsi ilə zabit olaraq Azərbaycan Ordusunda xidmət edib.
27 sentyabr 2020-ci il tarixdən – Vətən müharibəsinin ilk günündən, döyüşlərdə zabit olaraq iştirak edib.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
7 oktyabr 2020-ci il tarixdə – 27 yaşında, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.
8 oktyabr 2020-ci il tarixdə İkinci Biləcik kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “Azərbaycan Bayrağı” ordeni – ölümündən sonra (15.12.2020)[3];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[4].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailədə iki qardaş olublar. Subay idi.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
22 oktyabr 2021-ci il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində onun adını daşıyan bulaq istifadəyə verilib.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021)....
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RAHİB Məmmədemin oğlu Hacıismayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video[Vizual/Mobil redaktə | HTML redaktə]
...
Bildiriş[HTML redaktə]
...