Rüfət Əhmədov (1949–2016) — tanınmış pedaqoq, kimya elmləri namizədi və dosent.

Rüfət Əhmədov
Əhmədov Rüfət Yunus oğlu
Rüfət Əhmədov
Rüfət Əhmədov.
Doğum tarixi 7 iyul 1949(1949-07-07)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 21 noyabr 2016 (67 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi kimya
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966–1971)

Haqqında məlumatlar

7 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1985-ci ildə “İzobutilenin metil və 2,5 dihallogenstirallarla birgə polimerlərinin özlülük aşkarı kimi sintezi və təbliği” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

16 məqalənin və bir müəlliflik şəhadətnaməsinin müəllifidir.

Əmək fəaliyyəti

1971-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət universitetində işləyib; o cümlədən, bir müddət laboratoriya müdiri vəzifəsində çalışıb.

1983 – 1986-cı illərdə Şəki şəhər 8 №-li rus orta məktəbinin direktoru olub.

1986-cı ildən sonra müxtəlif illərdə ixtisasartırma kursunun direktoru, Şəki Pedaqoji Texnikumunda, Sumqayıt Dövlət Universitetində müəllim və s. vəzifələrdə çalışıb.

Vəfatı

21 noyabr 2016-cı il tarixdə – 67 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Rüfət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 200-201. — 1.000 nüsx.