Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəşadət Musayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 01:41, 24 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəşadət Musayev
Musayev Rəşadət Vüqar oğlu
Rəşadət Musayev
Rəşadət Musayev.
Doğum tarixi 20 iyun 2002(2002-06-20)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 24 oktyabr 2020 (18 yaşında)
Vəfat yeri Seyidəhmədli kəndi, Füzuli rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Rütbə 1.AzLF-PV.png sıravi
Döyüşlər Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində
Təltifləri "Vətən uğrunda" medalı"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021

Rəşadət Musayev (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun əsgəri.

Haqqında məlumatlar

20 iyun 2002-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

2008 – 2019-cu illərdə Şəki rayon Baş Göynük kənd 1 və 2 saylı tam orta məktəblərdə təhsil alıb.

Hərbi xidmətdə

2020-ci ildən Ağcabədi rayonu ərazisindəki N saylı hərbi hissədə əsgəri xidmətə başlayıb.

2020-ci il 27 sentyabrdan başlayan döyüşlərdə iştirak edib.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində həyata keçirilən döyüşlərin iştirakçısı olub.

Şəhid olması

24 oktyabr 2020-cı il tarixdə – 18 yaşında, Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

25 oktyabr 2020-ci il tarixdə, doğulduğu Şəki rayonunun Baş Göynük kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. "Musayev Rəşadət Vüqar oğlu" (azərb.). Yeni Göynük kənd ümumi orta məktəbinin facebok səhifəsi. 8 dekabr.

Həmçinin, bax: