Rəşad Əhmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Rəşad Əhmədov
Əhmədov Rəşad Ələkbər oğlu
Rəşad Əhmədov
Rəşad Əhmədov.
Doğum tarixi 17 iyun 2002(2002-06-17)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 1 oktyabr 2020 (18 yaşında)
Vəfat yeri Tapqaraqoyunlu kəndi, Goranboy rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Ələkbər
Anası Şərafət
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Rəşad Əhmədov (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

17 iyun 2002-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

2008 – 2019-cu illərdə Nizami Gəncəvi adına Şəki şəhər 7 saylı tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboyda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə vuruşub.

Şəhid olması[Vizual redaktə | HTML redaktə]

1 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yaxınlığına düşmüş düşmən mərmisinin partlaması nəticəsində döyüş zamanı qəhrəmancasına həlak olub.

30 dekabr 2020-ci il tarixdə Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailədə iki qardaş olublar. Subay idi. Atası Ələkbər Əhmədov 2013-cü ilin dekabr ayında vəfat etmişdi.

Digər fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2010 – 2014-cü illərdə karate idman növü ilə məşğul olub.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TALEH Fərhad oğlu Daşdəmirov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 5 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 05.02.2022.
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RƏŞAD Ələkbər oğlu Əhmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  5. Rəşad Əhmədov : Nəşi 90 gün sonra tapıldı : [arx. 05.12.2021] // Memorial. — Müraciət tarixi: 28.08.2022.

Videolar[Vizual redaktə | HTML redaktə]