Rəşad Rəhimov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 21: Sətir 21:
  |Elmi dərəcəsi        = fizika elmləri doktoru
  |Elmi dərəcəsi        = fizika elmləri doktoru
  |Elmi adı              = dosent
  |Elmi adı              = dosent
  |İş yeri              = AMEA Fizika İnstitutu (aparıcı elmi işçi)
  |İş yeri              = AMEA Fizika İnstitutu, Aşqarlanmış yarımkeçiricilər laboratoriyası (laboratoriya rəhbəri)
  |Alma-mater            = <!--Qədim təhsil ocaqları-->
  |Alma-mater            = <!--Qədim təhsil ocaqları-->
  |Təhsili              = {{*}}M.S.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (–1973)
  |Təhsili              = {{*}}M.S.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (–1973)

21:21, 1 oktyabr 2021 versiyası

Rəşad Rəhimov
Rəhimov Rəşad Nizaməddin oğlu
Rəşad Rəhimov
Rəşad Rəhimov
Doğum tarixi 27 dekabr 1948 (1948-12-27) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Elm sahəsi fizika
İş yeri AMEA Fizika İnstitutu, Aşqarlanmış yarımkeçiricilər laboratoriyası (laboratoriya rəhbəri)
Elmi dərəcəsi fizika elmləri doktoru
Elmi adı dosent
Təhsili

 • M.S.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (–1973)

 • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1979)

Rəşad Rəhimov — fizika elmləri doktoru, dosent, AMEA Fizika İnstitutunun Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri.

Haqqında məlumatlar

27 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini,

1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1975 – 1979-cu illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə “(2InSb)1-x(In2GeTe)x bərk məhlullarında elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə isə “III-V qrup yarımkeçirici birləşmələr əsasında bərk məhlullarda və evtektik kompozitlərdə elektron və fonon proseslərin xüsusiyyətləriri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2006-cı ildə dosent elmi adını alıb.

43-i xaricdə, o cümlədən, 16-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 125 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

1977-ci ildə Azərbaycan EA Radiasiya Tədqiqatları İnstitutunda işləməyə başlayıb.

1983-cü ildən Azərbaycan SSR EA Fizika İnstitutunda işləyir; o cümlədən, əvvəl elmi işçi, sonra böyük elmi, daha sonra aparıcı elmi işçi,

2021-ci ilin sentyabr ayından isə Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Rəhimov Rəşad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 484-485. — 1.000 nüsx.
  2. Fizika İnstitutunun elmlər doktorları : Rəhimov Rəşad Nizaməddin oğlu : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.