Rəşad Rəhimov
Rəşad Rəhimov | |
---|---|
Rəhimov Rəşad Nizaməddin oğlu | |
Rəşad Rəhimov. | |
Doğum tarixi | 27 dekabr 1948 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika |
İş yeri | AMEA Fizika İnstitutu, Aşqarlanmış yarımkeçiricilər laboratoriyası (laboratoriya rəhbəri) |
Elmi dərəcəsi | fizika elmləri doktoru |
Elmi adı | dosent |
Təhsili |
• M.S.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (–1973) • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1979) |
Rəşad Rəhimov — fizika elmləri doktoru, dosent, AMEA Fizika İnstitutunun Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri.
Haqqında məlumatlar
27 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini,
1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1975 – 1979-cu illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə “(2InSb)1-x(In2GeTe)x bərk məhlullarında elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyasını,
2010-cu ildə isə “III-V qrup yarımkeçirici birləşmələr əsasında bərk məhlullarda və evtektik kompozitlərdə elektron və fonon proseslərin xüsusiyyətləriri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2006-cı ildə dosent elmi adını alıb.
43-i xaricdə, o cümlədən, 16-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 125 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1977-ci ildə Azərbaycan SSR EA Radiasiya Tədqiqatları İnstitutunda işləməyə başlayıb.
1983-cü ildən Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda işləyir; o cümlədən, əvvəl elmi işçi, sonra böyük elmi, daha sonra aparıcı elmi işçi,
2021-ci ilin sentyabr ayından isə Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rəhimov Rəşad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 484-485. — 1.000 nüsx.
- Fizika İnstitutunun elmlər doktorları : Rəhimov Rəşad Nizaməddin oğlu : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |